İQTİSADİYYAT
Beş rayonda sakinlərin qaz təchizatı ilə bağlı problemləri dinləniləcək
Bakı, 30 iyul, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyinin (İB) “Açıq mikrofon” aksiyası davam edir.
İB-dən AZƏRTAC-a bildirilib ki, növbəti həftə (avqustun 1-5 tarixləri) saat 11:00-da daha 5 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək. Aksiya həftənin 1-ci günü Salyan şəhərində (M.Ə.Rəsulzadə küçəsi 137, Mərkəzi Kitabxana), 2-ci günü Neftçala şəhərində (Heydər Əliyev prospekti 23, Heydər Əliyev Mərkəzinin qarşısı), 3-cü günü Şirvan şəhərində (İstiqlal prospekti 10, İcra Hakimiyyətinin yanı), 4-cü günü Hacıqabul şəhərində (İsmət Qayıbov küçəsi 14), 5-ci günü Sabirabad şəhərində (Heydər Əliyev prospekti, Heydər Əliyev Mərkəzi) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]