İDMAN


“Beşiktaş” doğma meydanda “Dənizlispor”un qapısından üç cavabsız top keçirib

Bakı, 27 fevral, AZƏRTAC

Fevralın 26-da futbol üzrə Türkiyə çempionatının XXVII turunun birinci gün qarşılaşmasında “Beşiktaş” doğma meydanda “Dənizlispor”u qəbul edib.

AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə "Beşiktaş" qonaqların qapısından üç cavabsız top keçirib. "Beşiktaş"ın qollarını Kayl Larin, Vinsent Aboubakar və Adem Lyayiç vurub.

Günün digər matçında "Gənclərbirliyi" öz meydanında "Yeni Malatyaspor"la heç-heçə edib – 1:1. "Konyaspor" – "Qaziantep" matçında isə qapılara qol vurulmayıb.

Turun digər oyunları aşağıdakılardır:

"Fatih Karagümrük" - "Alanyaspor";

"Hatayspor" - "Ankaragücü";

"Antalyaspor" – "Başakşəhər";

"Rizəspor" – "Sivasspor";

"Qalatasaray" – "Ərzurumspor";

"Göztəpə" - "Kasımpaşa";

"Trabzonspor" – "Fənərbağça":

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 54 xalla "Qalatasaray" başçılıq edir. İkinci pillədə onunla eyni xala malik olan "Beşiktaş", üçüncü pillədə isə 51 xal toplayan "Fənərbağça" qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXVII turda "Kayserispor" istirahət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.