CƏMİYYƏT
“Beynəlxalq Gənclər Düşərgəsi”nin iştirakçıları Gənclər Fondunun qonağı olublar
Bakı, 27 avqust, AZƏRTAC
“Beynəlxalq Gənclər Düşərgəsi” layihəsinin iştirakçıları avqustun 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qonağı olublar.
AZƏRTAC xəbər verir ki, strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun baş məsləhətçisi Günay Qədimbəyova Fondun fəaliyyət istiqamətləri və maliyyə dəstəyi ilə həyata keçirilən layihələr haqqında iştirakçılar üçün təqdimat keçirib.
Görüşdə layihələr və regionlarla iş üzrə sektor müdiri Orxan Ərəbov gənclərin suallarını cavablandırıb, perspektiv əməkdaşlıq imkanları müzakirə edilib.
Qeyd edək ki, layihə avqustun 25-dən 31-dək “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı tərəfindən həyata keçirilir. Düşərgədə 25 müxtəlif ölkədən gənclərin iştirakı nəzərdə tutulub. Onların arasında Rusiya, Gürcüstan, Qazaxıstan, Filippin, Türkiyə, Əlcəzair, Litva, Moldova, Efiopiya, Kanada, Rumıniya və digər ölkələrin gəncləri də yer almaqdadır.