MƏDƏNİYYƏT


Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin Bakı konfransının bağlanış mərasimi olub

Bakı, 20 iyul, AZƏRTAC

İyulun 20-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (International Society for Music Education- ISME) 33-cü Ümumdünya Konfransının bağlanış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, mərasimdə respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, habelə konfransda iştirak etmək üçün ölkəmizə təşrif buyuran beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Tədbirdə Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin rəhbəri Li Higgins və Baysal Universitetinin professoru Uğur Alpaqut çıxış edərək konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan Mədəniyyət Nazirliyi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasına təşəkkürünü bildiriblər.

Qeyd edilib ki, konfrans iki ildən bir müxtəlif ölkələrdə keçirilir. Builki konfransda musiqi təhsili üzrə dünyanın 52 ölkəsindən 700-dək mütəxəssis iştirak edib. Konfrans çərçivəsində Bakı şəhərinin Heydər Əliyev Sarayında, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında və Azərbaycan Milli Konservatoriyasında müxtəlif tədbirlər - ustad dərsləri, mühazirələr, təqdimatlar və görüşlər keçirilib. Müxtəlif ölkələrdən olan artistlərin iştirakı ilə konsertlər təşkil edilib.

ISME-nin yeni seçilmiş rəhbəri, finlandiyalı Susan Oneill Azərbaycanda olmağından və ölkəsinin 2020-ci ildə konfransa ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib.

Tədbir Finlandiyadan olan qonaqların ifasında musiqi nömrələrinin səslənməsi ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.