ELM VƏ TƏHSİL


Beynəlxalq tədbirdə “Orta Kür hövzəsində Neolit məskənlərinin təşəkkülü” mövzusunda məruzə dinlənilib

Bakı, 11 dekabr, AZƏRTAC 

Türkiyənin İstanbul şəhərində “Qafqazda Neolitləşmə prosesləri: son arxeoloji, bioarxeoloji və ekoloji məlumatların işığında yenidən qiymətləndirmə” mövzusunda keçirilmiş elmi seminarda ölkəmizi AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru Valeh Ələkbərov təmsil ediblər.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, beynəlxalq tədbirdə Azərbaycan alimlərinin məruzələri maraqla qarşılanıb. “Orta Kür hövzəsində Neolit məskənlərinin təşəkkülü” mövzusunda məruzənin müzakirəsi zamanı əcnəbi mütəxəssislər ölkəmizin Orta Kür hövzəsində aşkar edilən Göytəpə, Hacıələmxanlı, Kiçiktəpə, Menteştəpə və digər Neolit məskənlərinin və bu abidələrin son arxeometrik üsullarla tədqiqatının Cənubi Qafqazın Neolitləşmə proseslərinin dərk edilməsində önəmini etiraf ediblər.

Seminarda Türkiyə, Fransa, Almaniya və digər ölkələrdən mütəxəssislər iştirak ediblər. Seminar Fransa Milli Elmi Araşdırmalar Mərkəzi və İstanbulda yerləşən Fransız Anadolu Araşdırmalar İnstitutu tərəfindən xarici tərəfdaşlar arasında təşkil olunan beynəlxalq tədqiqat şəbəkələrinin “Dünyalar keçiddə: Neolitdən Dəmir dövrünə keçiddə Qafqazda miqrasiyalar, innovasiyalar və ekoloji dəyişikliklər” adlı beynəlxalq layihə çərçivəsində təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.