REGİONLAR
Biləsuvarda Masallı rayon sakinindən narkotik vasitə aşkarlanıb
Biləsuvar, 14 may, Bağır Əliyev, AZƏRTAC
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayonunun Kolanlı kənd sakini Ruhid Həbibov saxlanılıb. Ondan 119 qram çəkidə heroin aşkarlanaraq götürülüb.
Araşdırma zamanı R.Həbibovun narkotik vasitəni İran İslam Respublikasından əldə edərək qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirdiyi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.