REGİONLAR
Biləsuvarda tərəvəz sahələrindən 5 min 506 ton məhsul toplanılıb
Biləsuvar, 8 iyul, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda tərəvəz yığımının qızğın çağıdır. Yarım ildə məhsul istehsalçıları becərdikləri tərəvəz sahəsindən 5 min 506 ton məhsul tədarük ediblər. Yığılan tərəvəz əsasən Bakı və Sumqayıt şəhərlərindəki bazar və ticarət şəbəkələrinə göndərilir.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, biləsuvarlı əkinçilər cari ilin məhsulu üçün erkən yazda 1284.2 hektar sahədə tərəvəz əkiblər ki, bu da ötən illə müqayisədə 1253 hektar çoxdur. Xeyli vaxtdır ki, əkinçilər becərdikləri tərəvəz sahələrinin məhsulunu toplayırlar. İlin ötən altı ayı ərzində 578.1 hektar sahədə yığım aparılıb və 5506 ton məhsul tədarük olunub. Yığılan məhsulun 1093 tonunu xiyar, 1454 tonunu pomidor, 142 tonunu badımcan, 93 tonunu bibər, 153 tonunu sarımsaq, 366 tonunu soğan, 1909 tonunu yaşıl noxud, 4 tonunu yaşıl lobya, 292 tonunu isə digər tərəvəz məhsulları təşkil edib. Tərəvəz yığımında rayonun Xırmandanlı, Günəşli, Ağayrı, Ağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə fəaliyyət göstərən fermerlər xüsusi ilə fərqlənirlər.
Rayonda tərəvəz yığımı ilin sonuna qədər davam edəcək.