REGİONLAR
Biləsuvarda yas mərasimi təşkil edən şəxs cərimələnib
Biləsuvar, 23 aprel, Mahir Babayev, AZƏRTAC
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin tələblərinin təmin olunması, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə nəzarət–profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlər zamanı Biləsuvar şəhəri ərazisində yas mərasiminin təşkil edilməsi müəyyən olunub.
Rayon polis şöbəsinin əməkdaşları dərhal mərasimin təşkil edildiyi ünvana gəlib, ölkədə elan edilən xüsusi karantin rejiminin qaydaları və tələbləri bir daha orada olan şəxslərin diqqətinə çatdırılıb.
Yas mərasimini təşkil edən rayon sakini Ş.Abbaszadə barəsində xüsusi karantin rejiminin tələblərini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib.