“Bir qolun tarixçəsi” adlı kitabı nəşr olunmuşdur
AzerTAg.az
Bakı, 18 mart (AZƏRTAC). AFFA-nın əməkdaşı Rasim Mövsümzadənin “Bir qolun tarixçəsi” adlı kitabı nəşr olunmuşdur.
AZƏRTAC xəbər verir ki, AFFA-nın çap etdirdiyi bu kitab Azərbaycan futbolunun fəxri Anatoli Banişevskinin 1966-cı ildə SSRİ yığmasının heyətində İngiltərədə dünya çempionatında Portuqaliya ilə üçüncü yer uğrunda oyunda vurduğu, amma başqalarının adına yazılan qoldan bəhs edir.
AFFA-nın “Futbol dünyası” nəşrinin şöbə müdiri olan Rasim Mövsümzadə həmçinin “FIFA Ballon d’Or”, “UEFA Best Player in Europe” və “Golden Foot” kimi nüfuzlu beynəlxalq mükafatların münsiflər heyətinin üzvüdür.
Qeyd edək ki, www.youtube.com saytında “1966 (July 28) Portugal 2-USSR 1 (World Cup)” yazıb axtarış verməklə ilk çıxan videoda həmin qolu izləmək mümkündür.
Xəbərin mətnində orfoqrafik səhv var