Media: ABŞ İran neftinin Çinə tədarükünə qarşı yeni tədbirlər planlaşdırır
Bakı, 15 fevral, AZƏRTAC
ABŞ administrasiyası İran neftinin Çinə tədarükünün qarşısını almaq məqsədilə yeni tədbirlər görməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Bildirilib ki, Vaşinqton İranın nüvə proqramı ilə bağlı danışıqlarda Tehrandan güzəştlər əldə etməyə ümid edir.
Mənbələrin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə günü Ağ Evdə keçirilən görüşdə İrana, əsasən Çinə neft satışı ilə bağlı iqtisadi təzyiqin artırılması barədə razılığa gəliblər.
Nəşr qeyd edir ki, Vaşinqton bu addımın İranı nüvə proqramı ilə bağlı ciddi güzəştlərə vadar edə biləcəyini hesab edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [22:09]
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib
- 03.06.2026 [21:06]
Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilməyib
- 03.06.2026 [19:03]
Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək
- 03.06.2026 [18:58]
İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb
- 03.06.2026 [18:48]