BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
Bakı, 22 sentyabr, AZƏRTAC
Bir çox cəhətdən bu, nəsillər arasında güc balansının pozulmasının ən ciddi nümunəsidir. Bir nəsil özündən sonrakı nəslin gələcəyini mənimsəyir. Bir qrup mənfəət əldə edir, halbuki baş verənlərlə bağlı ən az məsuliyyət daşıyanlar daha çox əziyyət çəkirlər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT-nin Baş katibi Antonio Quterreş Baş Assambleyanın 81-ci sessiyasının ümumi siyasi müzakirəsi zamanı iqlim dəyişikliyi probleminə toxunarkən səsləndirib.
“Hazırda 1,5 dərəcəlik temperatur həddinin aşılması ilə üzləşəcəyimiz demək olar ki, qaçılmazdır. Çünki son dərəcə güclü “El-Ninyo” hadisəsi sürətlə bəşəriyyətə yaxınlaşır. Təhlükə realdır, lakin ümid də var”, – deyə Baş katib qeyd edib.
“Son onillik dövrümüzdə güc bölgüsündə ən ümidverici dəyişikliklərdən birinin katalizatoruna çevrilib. Söhbət təmiz enerjinin inkişafından gedir. Günəş heç kimə məxsus deyil. Küləyin qarşısını almaq mümkün deyil. İnnovasiyalar dünyanın istənilən yerində yarana bilər və bu, güc nisbətində köklü dəyişiklikdir”.
A.Quterreş çıxışının bu hissəsinin sonunda “çirkləndiricilər bunun əvəzini ödəməlidirlər” deyərək alqışlarla qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:17]
İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib
- 22.09.2026 [19:15]