Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
Vaşinqton, 22 sentyabr, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruri olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasındakı çıxışında Təhlükəsizlik Şurasının beş daimi üzvün qərarlarından asılı olmasını tənqid edib.
“Beş ölkənin iradəsindən asılı olan bir strukturun nə ədalətli olduğunu, nə də tam mənada etimad yarada biləcəyini qəbul etməliyik. Təhlükəsizlik Şurasında “dünya beşdən böyükdür” prinsipi əsasında mütləq islahatlar aparılmalıdır”, – deyə Türkiyə Prezidenti vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan beynəlxalq hüququn güclü və zəif dövlətlərə fərqli şəkildə tətbiq edildiyi mövcud yanaşmanın dəyişdirilməli olduğunu bildirib: “Əməllərin cəzasız qaldığı, üstəlik cəzasızlığın adiləşdiyi beynəlxalq sistem çürüməyə məhkumdur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]
İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib
- 22.09.2026 [19:15]