Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik
Vaşinqton, 22 sentyabr, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasındakı çıxışında Fələstin məsələsinə toxunub.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Fələstin lideri Mahmud Abbasın ötən il olduğu kimi bu il də Baş Assambleyada şəxsən iştirak etmədiyini bildirərək, Fələstin xalqının səsini BMT tribunasından dünyaya çatdırmağa davam edəcəklərini deyib.
“Azad və suveren Fələstin Dövlətinin, Fələstin xalqının səsi olmağa, onların mübarizəsini bu tribunadan dünyaya duyurmağa davam edəcəyik”, – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə Prezidenti Fələstin Dövlətini hələ tanımayan ölkələri də mövqelərinə yenidən baxmağa çağırıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]
İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib
- 22.09.2026 [19:15]