Doğma yurda qayıdan Kərkicahan sakini: Bu gün bizim ən xoş günümüzdür
Xankəndi, 22 sentyabr, AZƏRTAC
35 illik ayrılıqdan sonra doğma Kərkicahana qayıdan Qurban Məmmədov üçün bu gün həyatının ən sevincli günlərindən biridir. 1991-ci ildə 28 yaşında doğma yurdunu tərk edən Q.Məmmədov köçkünlük illərində əvvəlcə Naftalanda, sonra Göyçayda və Bakıda məskunlaşıb. Bu gün isə o, doğma Kərkicahana övladları və nəvələri ilə birlikdə qayıdıb.
Qurban Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində 35 illik ayrılıqdan sonra doğma yurda qayıdışının yaratdığı hissləri bölüşüb: “Hər kəsin həyatda bir sevincli günü olur. Bu gün də bizim ən xoş günümüzdür. 35 illik ayrılıqdan sonra yenidən doğma Kərkicahana qayıtmışıq”.
Q.Məmmədov Kərkicahanı tərk etdiyi vaxt yeni ailə qurduğunu bildirib: “Kərkicahan işğal olunan zaman yeni ailə qurmuşdum. Köçkünlükdə əvvəlcə Naftalanda, sonra Göyçayda və Bakıda məskunlaşdıq. Bu illərdə üç övladım oldu. Nəvələrimiz dünyaya gəldi. Bu gün Kərkicahana övladlarımla, nəvələrimlə qayıtmışam. Bu günü bizə nəsib edən Ali Baş Komandana, Ordumuza, şəhidlərimizə minnətdarıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:15]
AXA sədri Ağcabədidə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
- 22.09.2026 [17:15]
Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO
- 22.09.2026 [16:56]
Cəlilabadda bədbəxt hadisə baş verib
- 22.09.2026 [16:45]
Naxçıvanda reabilitasiya mərkəzinə mediatur təşkil olunub VİDEO
- 22.09.2026 [16:43]
Xaçmazda oğurluq edən şəxs saxlanılıb
- 22.09.2026 [16:41]
Sabah Masallının 4 yaşayış məntəqəsinə qazın verilişi dayandırılacaq
- 22.09.2026 [15:58]
Naxçıvanda 873 daşınmaz əmlak obyektinə yeni ünvan verilib
- 22.09.2026 [15:57]