Dövlət katibi: ABŞ Səudiyyə Ərəbistanı qarşısındakı müdafiə öhdəliklərini yerinə yetirəcək
Vaşinqton, 22 sentyabr, AZƏRTAC
ABŞ Səudiyyə Ərəbistanına qarşı hücumların birbaşa Amerika hərbi müdaxiləsi olmadan dayandırılması imkanlarını araşdırır.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio “Fox & Friends” proqramına müsahibəsində bildirib.
“Bizim Səudiyyə Ərəbistanı ilə müdafiə sazişimiz var və onunla bağlı öhdəliklərimizi yerinə yetirmək niyyətindəyik. Hazırda vəziyyətin hərbi müdaxilə olmadan həll edilib-edilməyəcəyini araşdırırıq”, – deyə Rubio əlavə edib.
Dövlət katibi vurğulayıb ki, zərurət yaranacağı təqdirdə ABŞ Səudiyyə Ərəbistanının yanında dayanacaq və ona dəstək göstərəcək.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]
Nyu-Yorkda BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsi başlayır
- 22.09.2026 [16:33]
Rumıniya Aİ-də benzinin ən çox bahalaşdığı ölkələr sırasındadır
- 22.09.2026 [16:32]