Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
Bakı, 22 sentyabr, AZƏRTAC
Avropada təbii qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə düşüb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, qitədə qazın qiyməti meqavat-saat üçün 70 avrodan aşağı enib. Niderlandın TTF habında oktyabr fyuçers müqavilələri meqavat-saat üçün 69,15 avro olub.
“Gas Infrastructure Europe”nin (GIE) məlumatlarına görə, Avropa İttifaqı ölkələrində qaz anbarlarının doluluq nisbəti hazırda 69,94 faiz təşkil edir. Keçən ilin eyni dövründə bu rəqəm 81,85 faiz olub.
Avropada qışdan əvvəl artan tələbata hazırlıq məqsədilə planlaşdırılan texniki xidmət işləri səbəbindən Norveçin təbii qaz ixrac tutumunun sentyabr ayının sonuna qədər təxminən 20 faiz azalacağı gözlənilir. Avropanın ən böyük təbii qaz istehsalçısı olan Norveç qitənin təbii qaz tələbatının 30 faizindən çoxunu təmin edir.
Analitiklər proqnozlaşdırırlar ki, Avropada növbəti iki həftə ərzində gözlənilən isti hava şəraiti istilik məqsədləri üçün təbii qaza tələbatı azaldacaq və qiymətlərin aşağı düşməsinə dəstək verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]