Quterreş: Şəbəkələşmiş gələcəyin qurulması super dövlətlərin müəyyən hədlərin mövcudluğunu qəbul etməsi ilə başlayır
Vaşinqton, 22 sentyabr, AZƏRTAC
Şəbəkələşmiş gələcəyin qurulması, xüsusilə super dövlətlərin öz güclərinin o qədər də çox olmadığını və müəyyən hədlərin mövcudluğunu qəbul etməsi ilə başlayır.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Baş Assambleyada yüksəksəviyyəli müzakirələrin açılışı zamanı deyib.
“Son illərin hadisələri bunu açıq şəkildə göstərdi. Hərbi güc təklikdə sülhü təmin edə, iqtisadi güc sabitliyi bərqərar edə, texnoloji güc isə təhlükəsizliyə zəmanət verə bilməz. Şəbəkələşmiş və çoxqütblü dünya qlobal problemlərin daha balanslı və təmsilçi şəkildə həlli üçün şərait yarada bilər. Lakin bunun üçün BMT-nin mərkəzində dayandığı, balanslı və ədalətli təmsilçiliyə əsaslanan çoxtərəfli sistem, həmçinin müasir dünya iqtisadiyyatlarının reallıqlarını və inkişafını əks etdirən güclü, səmərəli institutlar lazımdır”, – deyə Quterreş vurğulayıb.
Qeyd edək ki, bu, Antonio Quterreşin BMT-nin Baş Assambleyasında yüksəksəviyyəli müzakirələrində Baş katib kimi son çıxışıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:49]
Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür
- 22.09.2026 [18:33]
Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]