Azərbaycan Dövlət İnformasiya Agentliyi

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Bakı, 22 sentyabr, AZƏRTAC

Altıncı “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri də Azərbaycan Respublikası Mərkəzi Bankının Bank fəaliyyətinə nəzarət departamentində bölmə rəhbəri vəzifəsində çalışan Mətanət Rzazadədir. O, Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə ixtisası üzrə bakalavriat, Bakı Mühəndislik Universitetində isə maliyyə menecmenti ixtisası üzrə magistratura təhsili alıb.

Peşəkar fəaliyyətindən əlavə, səyahət etməyi, yeni yerlər, insanlar və mədəniyyətlərlə tanış olmağı sevən Mətanət Rzazadə üçün bu təcrübələr həm də yeni perspektivlər qazanmaq və onları həyatının müxtəlif sahələrində tətbiq etmək imkanıdır. O, “Yüksəliş” müsabiqəsində ikinci dəfə iştirak edib və bu dəfə qaliblər sırasında yer alıb.

Mətanət Rzazadə AZƏRTAC-a müsahibəsində “Yüksəliş” müsabiqəsində qalib gəlməsinə aparan yoldan, müsabiqənin ona qazandırdığı təcrübədən və planlarından danışıb.

- Mətanət xanım, siz səyahət etməyi sevirsiniz. “Yüksəliş”in ilk mərhələsindəki imtahana da səfərdə olarkən qatılmısınız. Həmin gün nələr baş verdi?

- Səyahət etməyi, yeni yerlər görməyi, yeni insanlarla tanış olmağı, yeni mədəniyyətləri kəşf etməyi sevirəm. Mən müsabiqədə iştirak üçün daha əvvəl qeydiyyatdan keçmişdim. Həmin vaxt rəfiqəmin magistraturanı bitirməsi ilə bağlı məzun mərasimində iştirak etmək üçün Avropaya getmişdim. Belə oldu ki, müsabiqənin ilk mərhələsi ilə həmin səfər eyni tarixlərə düşdü.

Əvvəl tərəddüd etdim ki, necə olacaq, özümlə kompüter aparmalıyam, internet olan yer tapacağammı, saat fərqi var və s. Amma sonra fikirləşdim ki, buna dəyər, mən getməliyəm. Orada rəfiqələrimi də razı saldıqdan sonra 1-2 saatlıq icazə aldım. Əslində, yarımfinal mərhələsinə qədər müsabiqədə iştirakımla bağlı heç kimə deməmişdim. Onları razı saldıqdan sonra bütün diqqətimi imtahana yönəltdim və beləliklə, səyahətdə olarkən müsabiqənin ilk mərhələsində iştirak etdim.

Yarımfinal mərhələsinə qədər müsabiqədə iştirakımla bağlı heç kimə deməməyim daha çox daxili bir razılaşma idi. İstəyirdim ki, təkcə müsabiqəyə və özümü sınamağa fokuslanım. Ətrafdan yaranan gözləntilərin yaratdığı psixoloji təzyiqi istəmirdim. Ona görə də fikirləşdim ki, nəticə yaxşı olsa, hamı bunu sonda bilsə, onlar üçün də xoş sürpriz olar.

                  

- Özünüzü “Yüksəliş” müsabiqəsinin hansı mərhələsində daha çox sınanmış hiss etdiniz?

- Əslində, müsabiqə elə qurulub ki, ilk mərhələdən sonuncu mərhələyə qədər nəsə öyrənirsən və hansısa çətinliklə qarşılaşırsan. Amma ilk üç mərhələnin belə bir xüsusiyyəti var ki, siz imtahanları kompüter qarşısında verirsiniz və bilirsiniz ki, sizinlə birlikdə minlərlə insan iştirak edir. Onların kim olduğu, hansı sahədə və ya hansı regionda çalışdığı barədə məlumatınız olmur. Sadəcə iştirakçıları statistik rəqəm kimi görürsünüz.

Amma son iki mərhələdə - yarımfinal və finalda həmin insanları canlı qarşınızda görürsünüz, onlarla qrup şəklində yarışır və nə qədər ağıllı, təcrübəli, fərqli sahələrdə çalışan, həvəsli, motivasiyalı və ambisiyalı insanlarla bir yerdə olduğunuzu görürsünüz.

Burada artıq sadəcə iştirak etmirsiniz, yarış da aparırsınız. Həmin insanların arasında özünüzü göstərməli, fikrinizi deməli və özünüzü sübut etməlisiniz. Ona görə də düşünürəm ki, canlı iştirak olduğu üçün son iki mərhələ bizim üçün daha çox sınaq mərhələsi idi.

- Qalibiyyətdən sonra özünüzdə dəyişən bir xüsusiyyət oldumu? Məsələn, qərar vermək, risk etmək və ya özünüzə güvənmək baxımından.

-Əslində, qalib olandan sonra yox, elə müsabiqənin yarımfinal və final mərhələləri məni əvvəllər heç qarşılaşmadığım situasiyalarla üz-üzə qoydu. Heç görmədiyim dilemmalarla qarşılaşır, qərarlar verməli olurdum. Bunun üçün müxtəlif keyslər hazırlanmışdı.

Yarımfinalın ikinci günündən çıxanda düşündüm ki, mən özüm haqqında nə qədər yeni informasiya əldə etmişəm. Özümü güclü hesab etdiyim tərəflərdə belə, deməli, nə qədər inkişaf etdirməli olduğum məqamlar var imiş. Eyni zamanda, heç bilmədiyim güclü tərəflərimlə də qarşılaşdım.

Yarımfinaldan çıxanda düşündüm ki, qalib olmasam belə, bu müsabiqə mənim özüm haqqında xeyli fikir formalaşdırmağıma kömək edib.

- Siz həm peşəkar fəaliyyətinizi, həm də ailə həyatınızı bir arada aparırsınız. Bir yaşında qızınız da var. Müsabiqəyə hazırlaşarkən iş, ailə və hazırlıq arasında balans yaratmaq çətin olmadı?

- Mənim bir yaşında qızım var. Bu yaşda uşaqlar daha çox diqqət və qayğı tələb edir. Eyni zamanda, mən çox məsuliyyət tələb edən bir sahədə çalışıram. Amma mən bunlara məhdudlaşdırıcı element kimi baxmıram. Əksinə, bunlar həm motivasiya mənbəyimdir, həm də bacarıqlarımı və səriştələrimi təkmilləşdirən vasitələrdir.

Mən məsuliyyət tələb edən bir sahədə çalışıram. Verdiyim qərarlar yalnız öz fəaliyyətimə aid deyil, ölkənin maliyyə sabitliyinə, hətta sıravi insanların həyat tərzinə təsir edə biləcək qərarlardır. Ona görə də məsələnin bütün tərəflərini nəzərə alaraq uyğun qərarlar verməliyik. Bu, “Yüksəliş” müsabiqəsində də sınanan məsələlərdən biri idi.

Qızıma gəldikdə isə, o mənim əsas motivasiyamdır və ondan öyrəndiyim çox şey var. Ən birincisi, vaxtı səmərəli idarə etməyi və prioritetləri düzgün müəyyənləşdirməyi öyrənmişəm. Əvvəlki kimi boş vaxtım yoxdur və artıq vaxtın qədrini daha çox bilirəm. İstər “Yüksəliş” müsabiqəsində, istər işdə, istərsə də başqa məsələlərdə bu, özünü göstərir.

Bir də qızım mənə az informasiya ilə böhran anlarını idarə etməyi, çevik qərar verməyi öyrədib. Bu da işimdə mənə çox kömək edir. Eyni zamanda, müsabiqənin son mərhələlərində xüsusilə məhdud vaxt verilir və həmin vaxt ərzində məsələni həll etməlisiniz. Amma bütün məlumatlar sizdə olmur, məlumatlar məhdud olur.

Düşünürəm ki, həm iş həyatında, həm də şəxsi həyatda qazandığımız bütün bu təcrübələr “Yüksəliş” müsabiqəsinin demək olar ki, bütün mərhələlərində mənə kömək etdi.

- Səyahətlər zamanı qazandığınız təcrübələr “Yüksəliş”də sizə necə kömək etdi?

- Sözün düzü, mən səyahətə yalnız hobbi kimi baxmıram. Düşünürəm ki, səyahət də təhsil kimi insanı dəyişdirən, təkmilləşdirən və inkişaf etdirən amillərdən biridir.

Hətta ezamiyyət səfərlərində mənimlə eyni işi görən insanların eyni məsələyə münasibətinin tamamilə fərqli olduğunu görürəm və onlardan öyrəndiyim çox şey olur. Eyni hal turizm səfərlərində də yaşanır. Çox sevirəm ki, səyahətlərdən özümlə yeni perspektivlər gətirim və onları həyatımın müxtəlif sahələrinə tətbiq edim.

Bundan başqa, səyahətlər zamanı heç tanımadığın insanlarla dil tapmalısan. “Yüksəliş” müsabiqəsində də bu bacarıq tətbiq olunur. Siz bir az əvvəl tanış olduğunuz insanlarla az sonra komanda olmalısınız. Eyni zamanda, fərqli mühitə çevik şəkildə uyğunlaşmalısınız. Bu da “Yüksəliş” müsabiqəsində sınanan məqamlardan biri idi. Düşünürəm ki, bunları uğurla tətbiq edə bilmişəm.

- Qaliblərə təqdim olunan 20 min manatlıq pul mükafatı var. Maraqlıdır, siz bu mükafatı hansı istiqamətdə dəyərləndirməyi düşünürsünüz?

- Sözün düzü, əvvəlcədən bununla bağlı dəqiq bir planım yoxdur. Amma düşünürəm ki, məni inkişaf etdirən və eyni zamanda sevdiyim bir istiqamətə xərcləyəcəyəm. Şəxsi inkişaf, beynəlxalq təlimlər, səyahət və ya bunları birləşdirən ümumi bir investisiya edə bilərəm. Yəni bu vəsaiti məntiqli və faydalı şəkildə dəyərləndirməyi düşünürəm.

Müxbir - Nərmin Muradzadə
Videooperatorlar - Rza Fəttahov, Vüsal Tağıyev

 

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub