Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın genişləndirilməsi imkanları araşdırılır
Tbilisi, 22 sentyabr, AZƏRTAC
Sentyabrın 22-də Azərbaycanın Batumi şəhərindəki Baş konsulu Fuad Əzizov Gürcüstanın Quriya bölgəsi üzrə Dövlət Nümayəndəsi (Qubernator) Giorgi Qurdjumelidze ilə görüşüb.
Bu barədə AZƏRTAC-a baş konsulluqdan məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan-Gürcüstan münasibətləri, iki ölkənin regionları arasında əməkdaşlığın genişləndirilməsi, aqrar sahədə əlaqələrin inkişafı və qarşılıqlı investisiya imkanları müzakirə olunub.
Tərəflər Quriya bölgəsinin, xüsusilə fındıqçılıq sahəsində mövcud potensialını qeyd edərək, azərbaycanlı sahibkarların regiona investisiya yatırması və iki ölkənin iş adamları arasında “Aqro Biznes Forumları”nın keçirilməsi imkanlarını nəzərdən keçiriblər.
Görüşdə regional əməkdaşlığın daha da inkişaf etdirilməsi və sahibkarlar arasında əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [13:55]
Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür
- 21.09.2026 [21:22]