Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bir zamanlar ekranda heyranlıqla izlədiyi döyüşçülər kimi oldu - 19 yaşlı şəhid Seymur Əzizalıyev

Bir zamanlar ekranda heyranlıqla izlədiyi döyüşçülər kimi oldu - 19 yaşlı şəhid Seymur Əzizalıyev

Bakı, 22 sentyabr, AZƏRTAC

Bəzən bir uşağın dilindən çıxan sadə bir cümlə illər sonra onun həyatının ən dəqiq ifadəsinə çevrilir. Seymur da uşaqlıqdan hansı peşənin sahibi olmaq istədiyini bilirdi. Bayrağın dalğalanmasına baxanda gözləri parlayır, televizorda, sosial şəbəkələrdə döyüşçüləri izləyəndə isə özünü onların sırasında görürdü.

Seymur Teyyub oğlu Əzizalıyev 2004-cü il iyulun 27-də İmişli rayonunda anadan olub. Onlar ailədə iki qardaş, üç bacı idilər. Seymur evin sonbeşiyi idi.

Uşaqlıqdan güləş və kikboksinq ilə məşğul olur, rayonlararası yarışlarda dəfələrlə birinci yer tuturdu. İdman onun fiziki gücünü, Vətən sevgisi isə xarakterini formalaşdırırdı. Bayrağımızın dalğalanmasını sevirdi, bir gün özü də onu ucalara qaldırmaq istəyirdi.

44 günlük Vətən müharibəsi başlayanda Seymurun 16 yaşı var idi. Ordumuzun uğurlu döyüşləri, torpaqlarımızın azad olunması barədə xəbərlərin heç birini qaçırmırdı. İmişliyə şəhidlərimizin nəşləri gətiriləndə isə müharibənin ağrısını yaxından hiss edir, düşmənə qarşı nifrəti daha da güclənirdi.

Xüsusi təyinatlıların Şuşanı sıldırım qayalara dırmanaraq, əlbəyaxa savaşaraq azad etməsi, Qarabağdakı döyüşlər barədə görüntüləri, qəhrəmanların çıxışlarını bir-bir izləyirdi. Bir gün arzusunu açıq dedi: “Mən də Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ), xüsusilə kəşfiyyat bölüyündə xidmət edəcəyəm”.

2022-ci ildə həqiqi hərbi xidmətə yollandı. 1 metr 89 santimetr boya malik Seymur cüssəli, idmanla məşğul olduğundan isə fiziki cəhətdən hazırlıqlı idi. Tale onu arzuladığı yerə apardı – XTQ-nin hərbi hissələrindən birində xidmətə başladı.

Seymur üçün bundan sonrakı günlər sanki uşaqlıqdan çəkdiyi xəritənin üzərində irəliləmək idi. Kurslar, hazırlıqlar, idman normativləri, atışlar... O, hər mərhələni keçdi. Fəxri fərmanlarla təltif olundu.

XTQ-nin kursunu uğurla tamamlayıb kəşfiyyat bölüyünə seçildi.

İllər əvvəl “Mən də XTQ-də kəşfiyyat bölüyündə xidmət edəcəyəm” deyən həmin uşaq artıq formasını geyinmişdi.

Qardaşı Samir Əzizalıyev AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: "2023-cü il iyulun sonlarında Seymurun doğum gününü keçirmək üçün xidmət etdiyi hərbi hissəyə getdik. Həmin vaxt onun 19 yaşı tamam olurdu. Heç kim bilmirdi ki, iki ay sonra Seymur qürrələnərək izlədiyi tarixin bir parçasına çevriləcək...”

Antiterror əməliyyatı başlayanda bir vaxtlar XTQ-nin döyüşçülərini izləyən, onların Şuşanın sıldırım qayalarına necə dırmaşdığını heyranlıqla seyr edən o uşaq - Seymur artıq həmin döyüşçülərin arasında idi. O, Ağdərə, Xocalı, Xocavənd və Xankəndi istiqamətlərində döyüşərək hər addımda öz cəsarətini ortaya qoydu.

Döyüş yolunun son dayanacağı Xankəndi oldu. Burada o, iki silahdan istifadə edərək düşmənə ağır zərbələr endirdi, xeyli sayda canlı qüvvəsini məhv etdi. Özü isə adını Vətən fədailəri sırasına yazdırdı... Özü də arzuladığı formada, arzuladığı şəkildə...

"Sentyabrın 18-də bizimlə sonuncu dəfə danışdı. Səsində qəribə bir sakitlik var idi. Sanki bizi narahat etmək istəmirdi. Amma elə bil hər şey ürəyinə dammışdı. Dedi ki, vacib hərbi əməliyyata gedirəm. Özündən muğayat ol. Narahat olma. Atam, anam, bacılarım sənə əmanətdir. Əməliyyatın nə olduğunu və harada keçiriləcəyini soruşanda hərbi sirr olduğunu dedi və əlavə məlumat vermədi. “Rəsmi məlumat yayılanda bilərsən”, - dedi. Sabahı gün Ordumuzun antiterror əməliyyatına başlaması haqqında rəsmi məlumat yayıldı. Bildim ki, qardaşım da döyüşdədir. Açığı dərindən narahatlıq keçirsəm də, bildirmədim. “Seymur çox güclüdür, ona heç nə olmaz”, - deyə özümü inandırmağa çalışdım. Neqativ fikirləri qovmağa çalışdım, amma onun son sözləri elə hey ağlımda fırlanırdı - Evdəkilər sənə əmanət...

Növbəti gün Ordumuzun hərbi əməliyyatı uğurla tamamladığı və suverenliyimizin bərpa olunduğu xəbərinə sevindik. Qardaşım da bu şərəfli tarixə adını yazdıranlar sırasında idi. Biz onun həmin xəbəri sevinclə bizimlə bölüşməsini gözləyirdik. Seymura onunla fəxr etdiyimi demək üçün səbirsizlənirdim. Gözüm telefonda qalmışdı. Zəng gəldi. Bir neçə söz bütün ailənin həyatını dəyişdi: Seymur sentyabrın 20-də Xankəndidə şəhid olmuşdu. Cəmi 19 yaşı var idi...

Hərbi xidmətdən tərxis olunmasına cəmi üç ay qalmışdı. Qismət olmadı. Üstəlik, Seymur hərbidən ayrılmaq istəmirdi. Deyirdi ki, XTQ mənsubu kimi xidmətimi davam etdirmək istəyirəm.

Onun hər bir sözü yaddaşımda dərin iz buraxıb. Son dəfə qardaşımın qarşısında dayanaraq deyil, məzarı başında onunla qürur duyduğumu söylədim. Əminəm ki, Seymur məni eşidir....", - deyə S.Əzizalıyev qeyd edib.

Uşaqlıqda “Bayrağımızı yüksəklərə qaldırmaq istəyirəm”, - deyən Seymur son nəfəsi ilə həmin bayrağı zirvələrdə dalğalandıranlardan oldu, özü də arzuladığı formada...

Seymur Əzizalıyev şəhadətindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olundu.

O, 19 yaşına ən böyük arzularını sığdıra bilən qəhrəman kimi tarixə düşdü. Başdaşında arzuladığı formada şəkli... Məzarı başında isə uşaqlıqdan sevdiyi, uğrunda canından keçdiyi bayraq dalğalanır...

Müxbir - Göyçək Mahmudlu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO