Tacikistan yığmasının baş məşqçisi: Bizi Azərbaycan millisi ilə maraqlı oyun gözləyir
Bakı, 22 sentyabr, AZƏRTAC
Bakıda olduğumuza görə məmnunam. Burada bizə hər cür şərait yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Tacikistan millisinin baş məşqçisi İqor Angelovski Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransda deyib.
Şimali makedoniyalı mütəxəssis komandasını maraqlı görüşün gözlədiyini bildirib: “Qələbə qazanmağa köklənmişik. Azərbaycan millisi yaxşı komandadır. Bizi Çin və Fələstinlə də oyunlar gözləyir. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Yoldaşlıq matçı olsa da, nəticə önəmlidir.
50 yaşlı çalışdırıcı "Sabah" klubunu və baş məşqçisi Valdas Dambrauskası Çempionlar Liqasındakı uğurlu nəticələrə görə təbrik edib: “Eyni uğuru ötən il "Qarabağ" əldə etmişdi”.
Qeyd edək ki, sentyabrın 23-də “8-ci kilometr”stadionunda keçiriləcək Azərbaycan - Tacikistan matçı saat 20:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:00]
“Sumqayıt” basketbolçusu ilə yeni müqavilə imzalayıb
- 22.09.2026 [15:57]
Kipr klubunun azərbaycanlı futbolçusu zədəsini tam sağaldıb
- 22.09.2026 [15:21]
“Real Madrid”in kapitanı 2 həftə oynaya bilməyəcək
- 22.09.2026 [15:08]
Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib
- 22.09.2026 [15:04]