Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq
Vaşinqton, 22 sentyabr, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olunmasına dəstəyini ifadə edib.
AZƏRTAC xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasındakı çıxışında Türkiyənin Cənubi Qafqaza baxışının aydın olduğunu bildirib.
“Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq. Cənab Əliyev və cənab Paşinyanın ortaya qoyduqları həll iradəsini təqdir edir və dəstəkləyirik”, – deyə Türkiyə Prezidenti vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan, həmçinin Ermənistanla Türkiyə arasında normallaşma prosesini qətiyyətlə davam etdirdiklərini bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [19:03]
Donald Tramp: Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam
- 22.09.2026 [18:27]