İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib
Qahirə, 22 sentyabr, AZƏRTAC
İran Prezidenti Məsud Pezeşkianın təyyarəsi Əlcəzairin Beynəlxalq “Huari Bumidin” hava limanına texniki eniş edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Əlcəzairin dövlət televiziyası məlumat verib.
Məlumata görə, İran Prezidentini hava limanının fəxri salonunda Əlcəzairin daxili işlər, yerli icmalar və nəqliyyat naziri Səid Səyud, eləcə də xarici işlər nazirinin xaricdə yaşayan milli icma üzrə dövlət katibi Sufyan Şayib qarşılayıb.
Dövlət televiziyası təyyarənin Əlcəzairə hansı istiqamətdən gəldiyi və növbəti təyinat məntəqəsi barədə məlumat verməyib. Təyyarənin BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka uçduğu ehtimal edilir.
İran Prezidentinin Əlcəzairdə texniki dayanacağının müddəti və onun növbəti uçuşunun vaxtı barədə hələlik məlumat açıqlanmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]