Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Qarabağın paleolit abidələri müasir tədqiqatlarda” mövzusunda məruzə dinlənilib

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclası AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyini iştirakçıların diqqətinə çatdırıb. Akademik bildirib ki, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin “Qarabağın paleolit abidələri müasir tədqiqatlarda” mövzusunda məruzəsi dinləniləcək. Tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev çıxışında Qarabağın dünya paleolit arxeologiyasında mühüm yer tutan Azıx və Tağlar mağaralarında son illərdə aparılan yeni arxeoloji tədqiqatlar, tətbiq edilən müasir elmi metodlar, əldə olunan ilkin nəticələr və beynəlxalq elmi əməkdaşlıq haqqında məlumat verib.

O qeyd edib ki, Qarabağın işğaldan azad edilməsindən sonra bölgənin arxeoloji irsinin, o cümlədən paleolit abidələrinin müasir elmi standartlar əsasında yenidən və sistemli şəkildə tədqiqi üçün yeni mərhələ başlanıb: “Bu mərhələnin əsas xüsusiyyətlərindən biri klassik arxeoloji qazıntıların ən yeni rəqəmsal, arxeometrik və laboratoriya metodları ilə birləşdirilməsidir. Müasir tədqiqatların qarşısında duran vəzifə yalnız qədim homininlərin maddi-mədəniyyət qalıqlarını aşkar etmək deyil, eyni zamanda onların hansı təbii mühitdə yaşadıqlarını, ətraf mühitə necə uyğunlaşdıqlarını, hansı resurslardan istifadə etdiklərini, mobillik və əlaqə şəbəkələrini kompleks şəkildə müəyyənləşdirməkdir”.

Fərhad Quliyev bildirib ki, Azıx mağarasında tədqiqatlar AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə Almaniyanın Leybniz Arxeologiya Mərkəzi - LEIZA arasında imzalanmış memorandum çərçivəsində Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyası tərəfindən həyata keçirilib. Müəllifin sözlərinə görə, layihəyə Azərbaycan və Almaniya ilə yanaşı, bir sıra Avropa ölkələri və ABŞ-dən arxeologiya, paleoekologiya, paleoproteomika, geologiya, geoxronologiya, arxeobotanika, zooarxeologiya və digər sahələrin mütəxəssisləri cəlb olunub.

“Azıx mağarasının müxtəlif sahələrində aparılan yeni tədqiqatlarda arxeoloji tapıntıların və onların kontekstlərinin üçölçülü koordinatlarla qeydə alınması, fotogrammetriya və 3D modelləşdirmə, Arxeoloji İnformasiya Sistemləri və xüsusi rəqəmsal məlumat bazasının yaradılması, mikroskopik və traseoloji analizlər, flotasiya, paleobotanika, zooarxeologiya və tafonomiya kimi müasir metodlardan istifadə edilir. Eyni zamanda, OSL tarixləndirməsi, kosmogen nuklid analizləri, üzvi geokimyəvi biomarkerlər və stabil izotop analizləri vasitəsilə mağaranın xronologiyasının, paleoiqlim və paleomühit şəraitinin daha dəqiq rekonstruksiyası istiqamətində işlər görülür”, - deyə o bildirib.

Məruzəçi vurğulayıb ki, Azıx materiallarının paleoproteomika və ZooMS kimi ən yeni biomolekulyar metodlarla öyrənilməsi də xüsusi əhəmiyyət daşıyır. Kopenhagen Universitetinin Qlobe İnstitutunun tanınmış mütəxəssisi professor Frido Welkerin rəhbərliyi altında aparılan bu araşdırmalar morfoloji baxımdan müəyyənləşdirilməsi çətin olan sümük fraqmentlərinin bioloji mənsubiyyətini molekulyar səviyyədə aydınlaşdırmağa imkan verir. LEIZA-nın mütəxəssisi Joao Marreiros və digər xarici alimlərin iştirakı ilə daş və sümük alətlərin funksional təyinatının müəyyənləşdirilməsi üçün traseoloji və “use-wear” analizləri də həyata keçirilir.

Fərhad Quliyev deyib ki, Azıxda aparılan müasir tədqiqatların məqsədi qədim insanı yalnız ayrıca bioloji varlıq və ya daş alət istehsalçısı kimi deyil, onu əhatə edən ekoloji sistemin tərkib hissəsi kimi öyrənməkdir. Belə yanaşma homininlərin yaşayış mühiti, iqlim dəyişikliklərinə adaptasiyası, qida əldə etmə strategiyaları, xammal seçimi, texnoloji davranışı və miqrasiya prosesləri haqqında daha dolğun elmi təsəvvür yaratmağa imkan verir.

Məruzəçi araşdırmaların digər mühüm hissəsinin Xocavənd rayonunun Böyük Tağlar kəndində yerləşən Tağlar mağarasının yeni tədqiqatlarına həsr olunduğunu qeyd edib. AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə Tokio Universiteti arasında 2023-cü ildə bağlanmış müqavilə əsasında Azərbaycan-Yaponiya beynəlxalq ekspedisiyası 2026-cı ildə burada üçüncü tədqiqat mövsümünü həyata keçirib. Azərbaycan tərəfdən tədqiqatlara tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalov, Yaponiya tərəfindən isə Tokio Universiteti Muzeyinin direktoru professor Yoşihiro Nişiakinin rəhbərlik etdiyi alimlər qrupu qatılıb.

O qeyd edib ki, Tağlar mağarası 1960-cı ildə Azərbaycan paleolitşünaslığının banisi Məmmədəli Hüseynov tərəfindən qeydə alınıb, 1964-1986-cı illərdə aparılan qazıntılar zamanı burada altı mədəni təbəqə və 9 mindən artıq arxeoloji nümunə müəyyən edilib. Müasir tədqiqatlar həmin elmi irsi yeni metodoloji imkanlarla davam etdirir. Mağaranın əsas mədəni təbəqələri Orta Paleolit - Mustye dövrü ilə əlaqələndirilsə də, Üst Paleolit nümunələri də qeydə alınıb. Hazırda təbəqələrin mütləq yaşının dəqiqləşdirilməsi üçün radiometrik analizlər aparılır. Bu tədqiqatlar Tağların neandertalların Cənubi Qafqazda məskunlaşması və miqrasiyasının, həmçinin sonrakı mərhələlərdə müasir insan populyasiyaları ilə münasibətlərinin öyrənilməsi baxımından əhəmiyyətini daha da artırır.

Məruzədə Tağlar mağarasından aşkar edilmiş obsidian materiallarının müasir arxeometrik metodlarla tədqiqinin nəticələrinə də toxunulub. Rentgen-flüoresans analizi əsasında aparılan araşdırmalar Orta Paleolit dövründə Cənubi Qafqazda yaşayan neandertal populyasiyalarının obsidian xammalını müxtəlif mənbələrdən əldə etdiklərini göstərib. Bəzi obsidian mənbələrinin Tağlar mağarasından yüzlərlə kilometr uzaqda yerləşməsi qədim insanların yüksək mobilliyi, geniş əlaqə dairəsi və ehtimal olunan mübadilə şəbəkələri məsələsini gündəmə gətirir. Bu tədqiqatın nəticələri beynəlxalq elmi bazalarda indeksləşən “Journal of Archaeological Science: Reports” jurnalında dərc edilib.

Fərhad Quliyev çıxışında Azıx və Tağlar üzrə aparılan tədqiqatların nəticələrinin beynəlxalq elmi dövriyyəyə daxil edilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, xarici elmi mərkəzlərlə bağlanan müqavilə və memorandumlar yalnız birgə qazıntıların təşkili ilə məhdudlaşmır. Bu əməkdaşlıq Azərbaycanda əldə olunan arxeoloji materialların dünyanın aparıcı laboratoriyalarında ən müasir metodlarla analiz edilməsinə, tanınmış xarici alimlərin tədqiqatlara cəlb olunmasına, Azərbaycan alimləri və gənc mütəxəssislərin beynəlxalq elmi şəbəkələrə inteqrasiyasına şərait yaradır.

Məruzədə, həmçinin Qarabağ Universitetinin tələbə və gənc tədqiqatçılarının Azıx ekspedisiyasına, digər ali məktəblərin tələbələrinin isə Tağlar tədqiqatlarına cəlb edilməsinin gələcək milli elmi kadrların hazırlanması baxımından mühüm əhəmiyyət daşıdığı bildirilib.

Tarix üzrə fəlsəfə doktoru bildirib ki, Azıx və Tağlar mağaralarında aparılan yeni tədqiqatlar Qarabağın Paleolit dövrünün öyrənilməsini keyfiyyətcə yeni mərhələyə çıxarır. Müasir arxeologiya, təbiət elmləri, rəqəmsal texnologiyalar və biomolekulyar metodların vahid tədqiqat proqramında birləşdirilməsi qədim homininlərin yalnız maddi-mədəniyyətini deyil, onların bioloji xüsusiyyətlərini, yaşayış mühitini, adaptasiya strategiyalarını, texnoloji davranışını, mobilliyini və geniş regional əlaqələrini kompleks şəkildə öyrənməyə imkan verir.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.

İclasda, həmçinin bir sıra elmi-təşkilati və kadr məsələləri də müzakirə olunub. Azərbaycan Respublikası Prezidentinin Üzeyir Hacıbəylinin 140, Xaqani Şirvaninin və Əcəmi Naxçıvaninin 900, Səməd Vurğunun 120 illik yubileylərinin qeyd olunması ilə əlaqədar sərəncamlarının icra vəziyyətindən söz açılıb. Akademik Gövhər Baxşəliyeva “Azərbaycan mədəniyyəti-2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın 2026-2030-cu illər üçün həyata keçiriləcək tədbirlər planına dair təkliflərin verilməsi ilə bağlı institutlara müəyyən tapşırıqlar verilib.

Daha sonra tarix elmləri doktoru, dosent Allahverdi Əlimirzəyev və tarix elmləri doktoru, dosent Vidadi Umudlunun AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş, tarix üzrə fəlsəfə doktoru Günel Mehdizadənin böyük elmi işçi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Etibar Əsədovun AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi vəzifəsinə təsdiq edilməsi məsələləri müzakirə olunub.

İclasda AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyevanın 80, AMEA-nın müxbir üzvü Aqil Əliyevin 100 illik yubileyləri haq¬qın¬da qərarlar müzakirə edilib.

Sonda akademik Gövhər Baxşəliyeva bir sıra məsələlərlə əlaqədar müəssisələrin rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib