Almaniyada ABŞ-yə məxsus F-16 qırıcısı qəzaya uğrayıb
Berlin, 23 sentyabr, AZƏRTAC
Almaniyanın Şpanqdahlem şəhərində yerləşən ABŞ hərbi hava bazasının ərazisində Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı qəzaya uğrayıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, katapult vasitəsilə təyyarəni tərk etməyə nail olan pilot tibbi yardım üçün xəstəxanaya çatdırılıb. Təyyarə yerə düşdükdən sonra yanıb.
Qəzanın hərbi təlimdən sonra baş verdiyini və təlimdə dörd təyyarənin iştirak etdiyini açıqlanıb. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [22:42]
Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər
- 27.10.2026 [20:18]
Kiyevdə Dnepr çayı üzərində su keçidləri salınacaq
- 27.10.2026 [19:17]
Böyük Britaniyada minimum əməkhaqqı təxminən 4 faiz artırılacaq
- 27.10.2026 [18:58]
Almaniya Kansleri Asiya ilə ticarət əlaqələrini genişləndirmək istəyir
- 27.10.2026 [18:51]
Rusiya Kameruna və Konqoya informasiya müdaxiləsində ittiham edilir
- 27.10.2026 [18:35]
“Vnukovo” hava limanında uçuşlar müvəqqəti dayandırılıb
- 27.10.2026 [17:58]