Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
Kiyev, 22 sentyabr, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın köməyi ilə tammiqyaslı müharibənin qışa qədər başa çatacağına ümid etdiyini bildirib.
Bu barədə AZƏRTAC BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində iki liderin görüşünün yayımına istinadla məlumat verib.
"Ümid edirəm ki, bu müharibəni qışa qədər başa vura bilərik və Tramp bizə bu işdə kömək edəcək", - deyə Zelenski bildirib.
Tramp da öz növbəsində həm Ukrayna Prezidenti, həm də Rusiya Prezidentinin müharibənin bitməsini istədiyini vurğulayıb. "Vaxt gəlib", - deyə ABŞ Prezidenti vurğulayıb.
Xatırladaq ki, bu gün BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin "insanların təsəvvür etdiyindən daha tez" başa çatacağını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]