İDMAN


Birinci dünya “Ədalətli Oyun” fotomüsabiqəsinə start verilir

Bakı, 3 avqust, AZƏRTAC

Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) “Villi Daume” dünya mükafatının laureatı Türkiyə Milli Olimpiya Komitəsinin (TOK) Ədalətli Oyunlar Komissiyası “Ədalətli Oyun” mövzusunda birinci dünya “Ədalətli Oyun” fotomüsabiqəsinə start verir.

AZƏRTAC xəbər verir ki, müsabiqə üçün şəkillər noyabrın 30-dək qəbul ediləcək. Müsabiqədə həvəskar və peşəkar fotoqraflar “Ədalətli oyun” mövzusunda fotolarını təqdim etməlidirlər. Hər bir iştirakçı müsabiqəyə 3 fotoşəkil təqdim edə bilər. Əvvəllər nəşr olunan və ya nümayiş etdirilən, müsabiqəyə verilən fotoşəkillər müsabiqəyə qəbul olunmur.

Təqdim olunan fotolar iştirakçının özünə aid olmalıdır. Tamamilə və ya qismən digər mənbələrdən olan şəkillərin istifadəsi zamanı müəllif hüquqlarının pozulması halları ilə əlaqədar hüquqi məsələlər üzrə məsuliyyəti iştirakçı daşıyacaq. Şəkillər istənilən kamera, plyonka ilə, yaxud rəqəmsal şəkildə çəkilə bilər. İştirakçının ölkə kodu faylın adının birinci iki hərfində yazılmalıdır.

Şəkil müsabiqəyə təqdim edilərkən iştirakçının və ya təmsil etdiyi qurum barədə məlumat (ad soyad, telefon və e-mail) qeyd olunmalıdır. Eləcə də istifadə edilən kameranın markası, modeli barədə məlumatlar da göstərilməlidir.

Qaliblər dekabrın 19-da elan olunacaq.

Münsiflər heyəti tərəfindən nəzərdə tutulmuş qaliblər “Ədalətli oyunlar” lövhəsi, iştirak sertifikatı və pul mükafatı ilə təltif ediləcək.

İlk 8 yerin şəkilləri ilə yanaşı, münsiflər heyəti tərəfindən təyin ediləcək 50 şəkil TOK 1-ci Dünya "Ədalətli oyunlar" foto müsabiqəsinin albomunda dərc olunacaq.

Fotolar noyabrın 30-dək müsabiqə katibliyinin e-mail ünvanına ([email protected]) təqdim edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.