İQTİSADİYYAT


Birinci rübdə ölkədə 17,9 min yeni iş yeri açılıb

Birinci rübdə ölkədə 17,9 min yeni iş yeri açılıb

Bakı, 18 may, AZƏRTAC

Bu ilin birinci rübündə ölkədə 17,9 min yeni iş yeri açılıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə açılmış iş yerlərinin 90,2 faizi qeyri-dövlət sektorunda yaradılıb. Yeni açılmış iş yerlərinin 81,9 faizi Bakı şəhərinin, 0,8 faizi Naxçıvan Muxtar Respublikasının, 17,3 faizi digər regionların, o cümlədən 4,5 faizi Abşeron-Xızı, 2,5 faizi Quba-Xaçmaz, 2,0 faizi Mərkəzi Aran, 1,7 faizi Gəncə-Daşkəsən, 1,5 faizi Şəki-Zaqatala, 1,1 faizi Şirvan-Salyan, 1,0 faizi Qazax-Tovuz, 0,8 faizi Qarabağ, 0,8 faizi Lənkəran-Astara, 0,7 faizi Mil-Muğan, 0,4 faizi Dağlıq Şirvan, 0,3 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.

Yeni açılmış iş yerlərinin 9,2 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 90,0 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,4 faizi isə digər tədbirlər üzrə yaradılıb. Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 23,9 faizi tikinti, 18,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 10,2 faizi emal sənayesi, 8,8 faizi peşə, elmi və texniki fəaliyyət, 7,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 6,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 16,7 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Bununla yanaşı, 2023-cü ilin birinci rübündə ölkədə 4,2 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 46,3 faizi qeyri-dövlət sektorunun payına düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.