DÜNYA
Birləşmiş Ştatların neft ehtiyatları 442,5 milyon barrelə çatıb
Bakı, 13 fevral, AZƏRTAC
ABŞ-ın xam neft ehtiyatları çoxalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 7,5 milyon barrel (1,7 faiz) artaraq 442,5 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 3 milyon barrel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 3,4 milyon barrel çoxalmışdı.
ABŞ-ın strateji neft ehtiyatları dəyişməyərək 635 milyon barrel olub.
Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 0,1 milyon barrel azalaraq 261 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 550 min barrel artacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 100 min barrel azalmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]