Azərbaycan Dövlət İnformasiya Agentliyi

Biz Xocavəndə qayıdacağıq!

Beyləqan, 2 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycanın dilbər guşələrindən olan Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 28 il ötür. 1991-ci il oktyabrın 30-da rayonun azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri, noyabrın 19-da Xocavənd kəndi, 1992-ci il yanvarın 9-da Axullu kəndi işğal edilib. 1992-ci il fevralın 17-də ermənilər rayonun Qaradağlı kəndini işğal edərək, dinc sakinlərə qarşı soyqırımı aktı həyata keçiriblər. 800-dən çox əhalisi olan bu qədim Azərbaycan kəndinin 118 sakini əsir götürülüb, 33 nəfər isə güllələnib. Ermənilər öldürülən və yaralı halda olan kənd sakinlərini bir yerdə təsərrüfat quyusuna tökərək üzərini torpaqlayıblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50-si böyük çətinliklərlə əsirlikdən azad edilib. Azad olunanların 5-i qadın olmaqla 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsidir. Faciə nəticəsində iki ailənin hər birindən 4 nəfər, 6 ailənin hər birindən isə 2-3 nəfər öldürülüb. Bundan başqa, 43 ailə öz başçısını itirib, bir ailənin hər iki valideyni qətlə yetirilib, 146 uşaq yetim qalıb. Qaradağlı kəndində 91 nəfər - kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən 21-i ahıl və qoca, 10-u qadın, 8-i isə məktəbli olub.

1992-ci il oktyabrın 2-də rayonun Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü il iyulun 23-də Günəşli, avqustun 20-də Xətai kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb. Öz ata-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən 145 nəfər şəhid olub. Bu ədalətsiz müharibədə rayon sakinlərindən 300 nəfərdən çoxu sağlamlığını itirərək əlil olub, 243 uşaq valideynlərindən birini, 3 uşaq hər iki valideynini, 68 qadın həyat yoldaşını itirib.

İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi, həmçinin, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti, 32 səhiyyə, 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 59 mədəniyyət obyekti, 32 körpü, 42 su anbarı və 316 kilometr su kəməri talan edilib, dağıdılıb.

İşğal altında qalmış Xocavənd rayonunun meşələri məhv edilib

Xocavənd zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malik diyardır. Rayonun relyefi əsasən dağlıqdır. Qafqaz dağ silsiləsinə aid edilən Kirs, Ziyarət, Ərgünəş, Güllücə, Tuğ və Qaraçuğ dağları ilə əhatələnir. Qarabağ dağ silsiləsinin cənub-şərq qolları bu rayonun ərazisində dağətəyi düzənliyə çevrilir. Bu dağların çox hissəsi palıd, cökə, fıstıq, vələs meşəsi ilə örtülüb. Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində yaşı iki min və min il olan iki qədim Şərq çinarı təbiət abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində respublikanın “Qırmızı kitab”ına daxil olmuş III dövrün relikt növünə aid, orta diametri 24 santimetr, hündürlüyü 12 metr, yaşı 100 ildən artıq olan azat ağacları da mühafizə edilirdi. Özünəməxsus təbii sərvətləri olan Xocavənddə ehtiyatları 2 milyon 34 min kubmetr olan və üzlük daşı istehsalına yararlı Ediş, ehtiyatları 989 min ton olan, əhəng istehsalına yararlı Xocavənd əhəngdaşı, yeraltı şirin su yataqları, Köndələnçay, Xonaşen və Quruçay çayları var. Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınıb, Xonaşen çayının kənarlarında bitən təbii meşə, Kuropatkin adlanan ərazisində 6 min hektara qədər ərazidə olan ağaclar qırılaraq məhv edilib.

Xocavəndin tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilib

Xocavənd rayonu ərazisi tarixi memarlıq və arxeoloji abidələrlə zəngindir. Bu bölgədə ilk insanların yaşadıqları mağaralara, qədim yaşayış yerlərinə, erkən şəhər mədəniyyəti qalıqlarına, möhtəşəm qala divarlarına, müxtəlif dövrlərdə inşa edilmiş türbələrə, daş-qoç heykəllərə - ümumiyyətlə, nadir mədəniyyət nümunələrinə tez-tez rast gəlinir. Xocavənd ərazisində çoxlu sayda dünya və respublika əhəmiyyətli tarixi-memarlıq və mədəniyyət abidələri vardır. Bunlar Azərbaycan xalqının tarixini, mədəniyyətini, adət-ənənələrini göstərən abidələrdir. Yaşı 1,5 milyon il olan Azıx mağarası, qədim tarixə malik Tağlar mağarası, Tuğ kəndi ərazisində Ritiş qalası (V-VIII əsrlər), Ərgünəş dağının yamacında yerləşən Ərgünəş qalası, Düdükçü kəndi ətrafında Rzaqulu Bəy türbəsi (XIII əsrə), Xocavənd kəndi yaxınlığında Aşıqlı Qoşa günbəzi, Böyük Tağlar kəndində Alban məbədi (1241-ci il), Tuğ kəndindəki Qırmızı məbəd (X əsr), Alban kilsəsi (V əsr), Alban qəbiristanlığı (I-V əsr), Qaradağlı kəndi ərazisində Alban qəbiristanlığı (III-VI əsrlər), Salakətin kəndi ərazisindəki Dəmirov və Dağdağan ocaqları, Xocavənd kəndi ərazisində yerləşən Cicim ocağı, Əmirallar kəndi yaxınlığındakı Bəhrəmli piri, Muğanlı kəndində yerləşən Seyid Rza günbəzi, Qaradağlı kəndi ərazisindəki Yel piri və onlarca digər abidələr 28 ildir ki, erməni vəhşiliyinin qurbanına çevrilib.

Dünya ictimaiyyəti Ermənistanın işğalçı siyasətinə biganə yanaşır

Təəssüf ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi, ölkəmizin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, eləcə də Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrin tələbləri Ermənistan tərəfindən hələ də yerinə yetirilmir. ATƏT-in rəhbərliyi altında fakt araşdırıcı və fakt qiymətləndirmə missiyalarının işğal olunmuş ərazilərdə məskunlaşma, ilkin coğrafi adların dəyişdirilməsi, mədəni mülkiyyətə və müqəddəs ocaqlara münasibətdə qeyri-qanuni əməllərlə bağlı hazırladıqları sənəd və tövsiyələr kağız üzərində qalıb. Əfsuslar olsun ki, beynəlxalq təşkilatların qərarlarına rəğmən işğal hələ də davam edir. Beynəlxalq hüquq normaları kobudcasına pozulur. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar isə regionda etnik təmizləmə siyasətini həyata keçirmiş, bütün bəşəriyyət üçün qara ləkə olan Xocalı, Qaradağlı və neçə-necə qanlı soyqırımlarını həyata keçirmiş Ermənistanın işğalçı siyasətinə biganə yanaşır.

Qarabağ müharibəsi haqqında tarixi həqiqətləri, xalqımızın üzləşdiyi faciə və soyqırımları ölkə və dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə bir sıra işlər həyata keçirilib. Ermənistan ordusu tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndində törədilmiş soyqırımı ilə bağlı Azərbaycan, ingilis və rus dillərində “Soyqırımı: Qaradağlı”, “Soyqırımı Qaradağlı davam edir...”, “Qaradağlı: mübarizə”, Şuşa şəhərinin işğalının 20-ci ildönümü ilə bağlı “Ruhum Qarabağlıdır” sənədli filmləri çəkilib. Ermənistan silahlı qüvvələrinin Qaradağlı kəndində törətdiyi soyqırımla bağlı “garadaghli.org” internet saytı və “Qaradağlı Soyqırımı şahidlərin dili ilə” kitabı hazırlanıb. Bundan başqa şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində və Xocavənd rayonunun işğaldan azad edilmiş “Nərgiztəpə” ərazisində abidə kompleksləri ucaldılıb.

İşğaldan azad edilmiş qədim oğuz yurdu - Nərgiztəpə

Nərgiztəpə Xocavənd rayonunun 1993-cü ilin sonları - 1994-cü ilin əvvəllərində gedən döyüşlər zamanı işğaldan azad edilən ərazisidir. Orta Tunc dövrünə aid “Nərgiztəpə” maddi mədəniyyət abidəsinin burada yerləşməsi bu ərazilərin böyük əhəmiyyət daşımasını şərtləndirir. Nərgiztəpə ətrafında yerləşən orta əsrlərə aid müsəlman qəbiristanlığındakı bəzi qəbirüstü daşların üzərinə qazıma üsulla müxtəlif işarə və damğalar, oyma naxışlar çəkilib. XIII-XIV əsrlərdən etibarən başdaşıları üzərində epiqrafik mətnlər ərəb qrafikası ilə Azərbaycan dilində həkk olunub.

Nərgiztəpə ətrafındakı toponimlər bu ərazinin qədim oğuz türklərinin yurd yerləri olduğunu təsdiq edir. “Kitabi-Dədə Qorqud” dastanında adı çəkilən Qaraçuq dağının Xocavənd ərazisində yerləşməsi, yerli əhali arasında Qaraca çobanla bağlı rəvayətlərin dolaşması onu deməyə əsas verir ki, dastanda bəhs olunan hadisələrdən bəziləri məhz Nərgiztəpə yaxınlığında baş verib. Dastan qəhrəmanı Qazan xan “Qaraçuğun qaplanı” adlandırılır. Buradakı qədim qəbiristanlıqda qəbirin birinin də məhz Qaraca çobana aid olduğu güman edilir.

Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Nərgiztəpədə abidə-xatirə kompleksi yaradılıb. Düşmənin beş addımlığında yerləşən abidənin üzərində Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağı dalğalanır. Abidə kompleksinin yaradılmasında məqsəd şanlı tariximizi yaşatmaqla bərabər, eyni zamanda, böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına diqqəti artırmaqdır.

Xocavəndlilər doğma yurdlarına qayıdacaqlarına əmindirlər

Yurd-yuvasından didərgin düşmüş xocavəndlilər respublikanın 36 şəhər və rayonunda məskunlaşıblar. Xocavəndli məcburi köçkünlər əsasən Beyləqan rayonu ərazisində salınan Xocavənd, Yeni Xocavənd, Yeni Tuğ, Qaradağlı, 320 ailəlik qəsəbələrdə, Ağcabədi rayonu ərazisindəki massivdə yaşayırlar. Rayonun bütün icra strukturları Beyləqan rayonu ərazisindəki 500 ailəlik Xocavənd qəsəbəsində fəaliyyət göstərir. Burada rayon icra hakimiyyəti və digər idarə, müəssisələr üçün inzibati binalar, 360 yerlik məktəb, 50 yerlik uşaq bağçası, poçt şöbəsi, xəstəxana, mədəniyyət evi, müasir tipli ATS, Bayraq meydanı, park, müasir tələblərə cavab verən idman zalı inşa edilib.

Bütün bunlara baxmayaraq, xocavəndlilərin ən böyük arzusu doğma yurdlarına qayıtmaqdır. Onlar 28 ildir ki, yurd həsrəti ilə yaşayır, doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

Sentyabrın 27-dən başlayaraq Erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun tutarlı cavab verməsi, düşmənin canlı qüvvəsi və hərbi texnikalarının darmadağın edilməsi, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrinin işğaldan azad olunması xalqımızda, ordumuzda böyük ruh yüksəkliyi yaradıb. Bütün xalqımız kimi, xocavəndlilərin də hazırda işğal altında olan torpaqlarımızın azad ediləcəyinə inamını artırıb.

Tahir Ağaməmmədov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzərdə zəlzələ olub

Simferopol şəhərinə hava hücumu nəticəsində 3 nəfər həlak olub

Zaxarova: Rusiya ABŞ ilə Ankoricdə başlayan danışıqları davam etdirməyə hazırdır

İsrail və Livan ABŞ-ın vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəliblər

Əl-Hədəs: İran-ABŞ razılaşması dörd mərhələdə həyata keçiriləcək

Tramp kömür enerjisinin inkişafı üçün 700 milyon dollar ayırmaq istəyir

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

“Çanmi” fırtınası Tokioda güclü yağışlara və torpaq sürüşmələrinə səbəb olub

Kamçatka sahillərində 30-a yaxın zəlzələ qeydə alınıb

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

“Rheinmetall” Beynəlxalq Aerokosmik Sərgisində ən son hərbi texnologiyalarını təqdim edəcək

Zelenski: Ukrayna müharibənin diplomatik yolla başa çatdırılmasının istənilən formatına hazırdır

Ukraynada “Patriot” sistemləri üçün raket çatışmazlığı davam edir, lakin ABŞ-dən tədarük dayanmır

Tramp: İranla danışıqlar yaxşı davam edərsə, razılaşma həftəsonu baş verə bilər

BDU “Bakı Enerji Həftəsi” çərçivəsində innovativ layihə ilə təmsil olunub

Avropa çempionatı: Azərbaycan minifutbol millisi finala yüksəlib

ABŞ Prezidenti Ankarada NATO sammitində iştirak edəcək

Bu mövsüm Oğuzda 28 kümçü ilə müqavilə bağlanıb

Tovuzda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında konsert – “Retro dalğası”

Bakıda “Əmir Əlişir Nəvainin irfani dünyası” monoqrafiyası işıq üzü görüb

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Türkiyəli ekspert: Zəngəzur dəhlizi Ankara və Bakının maraqları kontekstində açılacaq

Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilməyib

Naxçıvanda yeni tikiş fabriki fəaliyyətə başlayıb

Sol sahil magistral kanalı vasitəsilə dörd rayon üzrə 60 min hektar əkin sahəsinə su verilir VİDEO

Sol sahil magistral kanalı vasitəsilə dörd rayon üzrə 60 min hektar əkin sahəsinə su verilir VİDEO

Hərbi təhlükəsizlik sahəsində Azərbaycan və Qırğızıstan nümayəndələrinin görüşü olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib

KPMG rəhbəri: Region yaşıl enerjiyə yönəlir– MÜSAHİBƏ

Media nümayəndələri Sərsəng su anbarı ilə tanış olublar VİDEO

Media nümayəndələri Sərsəng su anbarı ilə tanış olublar VİDEO

“Bir axşamın sehrli səsi” adlı hesabat konserti

Bu saata olan əsas xəbərlər

Ankarada Türk dünyasının inteqrasiyası və gələcəyinə ortaq baxış müzakirə olunub

AHİK nümayəndə heyəti Cenevrədə BƏT-in növbəti illik Konfransında iştirak edir

Dünya Kuboku: Azərbaycan millisi növbəti qələbəsini qazanıb

Ağalıda məktəblilər veloyürüşə qoşulub

Sankt-Peterburqda MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

Birləşmiş Krallığın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini nazirə təqdim edib

Qivami Rəhimli: Mədəni irs milli kimliyimizin təməli, dövlətçiliyimizin mənəvi dayağıdır

Rubio İsrail ilə Livan arasında danışıqların birgə bəyanatla nəticələnəcəyinə ümid etdiyini bildirib

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib VİDEO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib VİDEO

“Ukrinform”da AZƏRTAC-ın xüsusi müxbirinin Azərbaycanın enerji siyasətinə dair məqaləsi dərc edilib

Qaçış yarışlarının qalibi olan uşaqlar və yeniyetmələr mükafatlandırılıblar

Zəngilanda növbəti əmək yarmarkası təşkil olunub

“Z” nəslinin nümayəndələri ilə münasibətdə üç prinsip var: hörmət, açıq ünsiyyət və etimad – mütəxəssis

Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək

Gələn il Sidney ilə London arasında birbaşa reyslərə başlanıla bilər: “Airbus” ilk sınaq uçuşunu həyata keçirib

Azərbaycanın enerji diplomatiyası qlobal enerji təhlükəsizliyinin mühüm dayaqlarından birinə çevrilib - ŞƏRH

İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb

“Araz-Naxçıvan” 41 yaşlı kapitanı ilə müqaviləni yeniləyib

Azərbaycanın enerji diplomatiyası regional əməkdaşlığı qlobal tərəfdaşlığa çevirən uğurlu modeldir - ŞƏRH

Bilyard üzrə Avropa Kuboku və Avropa çempionatında 10-dan çox ölkənin təmsilçisi çıxış edəcək

Yeni Dövlət Proqramı aqrar inkişafın strateji yol xəritəsidir ŞƏRH

Küveyt İran səfirliyinin iki əməkdaşını “arzuolunmaz şəxs” elan edib

Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb YENİLƏNİB

“Bakı Enerji Həftəsi”ndə yaşıl enerji gündəliyi diqqət çəkib ŞƏRH

Nazir: “Əmək və Məşğulluq” altsistemi əmək münasibətlərinin vahid rəqəmsal platformasıdır

Azərbaycan idmançıları ötən ay 231 medal qazanıblar

Mütəxəssis: Dağ-mədən sənayesi dayanıqlı şəhərsalmanın təmin edilməsində strateji rol oynayır

İslam maliyyə alətləri Qarabağ və Şərqi Zəngəzur bölgələrinin dayanıqlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır – ŞƏRH

Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub

Varşavada Türk Mədəniyyəti və İrsi Mərkəzinin təntənəli açılışı olub

Türk professor: Orta Dəhlizin genişlənməsi Azərbaycanın regional gücünü daha da artıracaq

Azərbaycan millisinin voleybolçusu klubundan ayrılıb

Ekspert: Enerji siyasəti ölkənin iqtisadi gücünü formalaşdırıb - ŞƏRH

Aİ Azərbaycanla yaşıl enerji əməkdaşlığını strateji prioritet hesab edir

Güləşçilərin sağlamlığının qorunması istiqamətində vacib addımlar atılacaq

Azər Şükürov: Ölkəmizin tikinti materialları ehtiyatları şəhərsalma siyasətinin həyata keçirilməsi üçün mühüm imkanlar yaradır

Azərbaycan neft və qaz resurslarını qarşılıqlı əməkdaşlıq platformasına çevirib ŞƏRH

Azərbaycan-Argentina münasibətləri təhsil və mədəniyyət müstəvisində

Mərkəzi Bank Naxçıvanda vətəndaşlarla görüşlərin əlçatanlığını artırır

Bakı–Tbilisi–Qars xəttinin modernləşdirilməsi Orta Dəhlizin inkişafında yeni mərhələnin başlanğıcıdır ŞƏRH

UNEC ilə İCMA arasında əməkdaşlıq memorandumu imzalanıb

Milli Məclisin sədri Qlobal Konfrans çərçivəsində bir sıra görüşlər keçirib

Energetika naziri Venesuela və İranın nazir müavinləri ilə enerji sektorunda əməkdaşlıq imkanlarını dəyərləndirib

ISO-nun Turizm və əlaqədar xidmətlər üzrə Texniki Komitəsi indiyədək 61 beynəlxalq standart hazırlayıb

“Böyük Qayıdış”ın yaratdığı təbəssüm

Şərqşünaslıq İnstitutunun ilk direktorunun 120 illik yubileyi qeyd edilib

Azərbaycanla Almaniya arasında təbii qaz və bərpaolunan enerji sahələrində əməkdaşlıq perspektivləri dəyərləndirilib

İmişlidə sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

İmişlidə sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

® Kreditini “Birbank”a gətirənlər 6 faizədək endirim qazanır – kampaniya davam edir

Mütəxəssis: “mygov” vahid rəqəmsal xidmət platformasının formalaşdırılması baxımından düzgün yanaşmadır

Tarixi yaddaş və milli kimlik - panel müzakirə

Ekspert: Ukrayna-Rusiya müharibəsinin aktiv mərhələsi başa çatmış ola bilir VİDEO

Ekspert: Ukrayna-Rusiya müharibəsinin aktiv mərhələsi başa çatmış ola bilir VİDEO

“Reuters”: Donald Tramp İranın nüvə silahından imtina etməyə razı olduğunu bildirib

Bakıda Ümumdünya Velosiped Günü veloyürüşlə qeyd edilib

Tuqay meşələrinin mövcud vəziyyəti araşdırılıb

Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır

Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi – Bakıda I beynəlxalq elmi konfrans VİDEO

Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi – Bakıda I beynəlxalq elmi konfrans VİDEO

Musa Mərcanlı: İRS jurnalı 22 il ərzində Qərbi Azərbaycanla bağlı 150-dən çox material dərc edib

Bakıda “Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi təşkil edilib

İqtisadiyyat Nazirliyinin tabeliyindəki qurumlar və DİF rezidentlər üçün vörkşop təşkil edib

Azərbaycan alimləri Niderlandda beynəlxalq elmi konfransda iştirak ediblər

Avropa İttifaqı İsveçi sərhəd nəzarətini ləğv etməyə çağırır

DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir

Azərbaycan və Keniya arasında məhkəmə-hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri nəzərdən keçirilib

Tarixçi-alim: Ermənistanda monoetnik mühit deportasiyalar və məcburi köçürmələr vasitəsilə formalaşdırılıb

Fərhad Qaraşov: Yeni Dövlət Proqramı aqrar sektorun innovativ inkişaf modelinə keçidini sürətləndirəcək

Regionun taleyini dəyişən xətt: Orta Dəhlizdə Azərbaycan həlledici gücə çevrilir MÜSAHİBƏ