İDMAN


Boksçumuz Alfonso Dominges Tokio Olimpiadasının yarımfinalına yüksəlib

Bakı, 30 iyul, AZƏRTAC

İyulun 30-da Azərbaycan boksçusu Alfonso Dominges “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının yarımfinalına yüksəlib.

AZƏRTAC xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən boksçumuz dörddəbir finalda türkiyəli Bayram Malkana 5:0 hesabı ilə qalib gəlib.

Bununla da boksçumuz Tokio Olimpiadasında ən azı bürünc medalı təmin edib.

Xatırladaq ki, Olimpiadada mübarizəyə səkkizdəbir final mərhələsindən başlayan A.Dominges birinci görüşdə özbəkistanlı Dilşodbek Ruzmetova 4:1 hesabı ilə qalib gəlib.

Yarımfinal mərhələsindəki qarşılaşma avqustun 1-də keçiriləcək.

Qeyd edək ki, “Tokio-2020”də mübarizəni davam etdirən digər boksçumuz Cavid Çələbiyev (63 kq) isə iyulun 31-də səkkizdəbir finalda Ermənistan təmsilçisi Hovhannes Baçkov ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.