Botanika İnstitutunda magistrantların attestasiyası keçirilib
AzerTAg.az
Bakı, 15 fevral, AZƏRTAC
Botanika İnstitutunda botanika, mikologiya, ətraf mühitin idarə olunması və bioloji monitorinq, bitki fiziologiyası ixtisasları üzrə I və II kursda təhsil alan magistrantların attestasiyası keçirilib. Attestasiya institutun direktoru, akademik Validə Əlizadənin sədrliyi ilə aparılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə magistrantların qış imtahan sessiyasının nəticələri, fərd iş planlarında nəzərdə tutulan elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti, dərc olunan məqalələrin sayı, elmi konfranslarda iştirak, nəzəri və çöl tədqiqatlarına aid məsələlər müzakirə edilib.
Attestasiya Komissiyasının qərarı ilə magistrantlar növbəti semestrə keçirilib.


Xəbərin mətnində orfoqrafik səhv var