ELM VƏ TƏHSİL


Botanika İnstitutunun əməkdaşları Yardımlıda tədqiqat aparıblar

Bakı, 23 iyun, AZƏRTAC

AMEA Botanika İnstitutu Mikologiya şöbəsinin müdiri dosent Dilzarə Ağayeva və kiçik elmi işçilər Elgün Mustafabəyli, Aytac Əliməmmədova, böyük laborantlar Aygün Bağırova, Elnarə İsgəndərli Yardımlı rayonunda ekspedisiyada olublar.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, ekspedisiya zamanı Komani, Çəçəkli yaylası, Peştəsər, Nisəqala, Qaraqaya, Ləpəy kəndləri ərazisindən həm mikro, həm də makromiset nümunələri toplanıb. “Qırmızı Kitab”ın 3-cü cildi üçün nəzərdə tutulan növlər üzrə də axtarış aparılıb və iki növün bitmə yeri, GPS koordinatları, vəziyyəti və təhlükələri dəqiqləşdirilib. Ümumilikdə 20 növədək makromiset nümunəsi toplanıb, 14-ü növ, 6-sı isə cins səviyyəsinədək təyin edilib. Həmçinin müxtəlif ağac, kol və ot bitkiləri üzərində mikromiset nümunələri toplanıb və sahib bitkiyə nəzərən ilkin təyinat aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.