DÜNYA
Böyük Britaniya dünyanın ən böyük kriptovalyuta birjasını qadağan edib
London, 28 iyun, AZƏRTAC
Böyük Britaniyanın Maliyyə İdarəsi dünyanın ən böyük kriptovalyuta birjası olan “Binance”ı qadağan edib.
AZƏRTAC xəbər verir ki, İdarə “Binance”ın veb-saytından da xəbərdarlıq edərək insanları kriptovalyutadan yüksək gəlir gətirən reklamlardan çəkinməyə çağırıb.
Maliyyə İdarəsinin bu addımı dünya tənzimləyicilərinin kriptovalyuta mübadiləsinə qarşı siyasət hazırladığı bir vaxta təsadüf edir.
İdarə, həmçinin kriptovarlıqlara nəzarət edir. Bu məhsulların reklamı və ya satışı üçün şirkətlərin Britaniyadan icazəsi lazımdır.
“Binance” rəqəmsal aktivlərin ticarəti kimi çox sayda maliyyə əməliyyatına imkan verən bir kriptovalyuta mübadiləsidir.
“Binance Group” Mərkəzi Kayman Adalarında yerləşən şirkətdir.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London