DÜNYA
Böyük Britaniyada yenidən sərtləşdirilmiş karantin rejimi tətbiq oluna bilər
London, 31 oktyabr, AZƏRTAC
Böyük Britaniyada yenidən sərtləşdirilmiş karantin rejimi tətbiq oluna bilər.
Baş Nazir Boris Conson bu gün yerli vaxtla saat 16:00-da keçiriləcək mətbuat konfransında çıxış edəcək.
Daha sonra ölkənin baş həkimi Kris Vitti və hökumətin baş elmi müşaviri Ser Patrik Vallans virusla bağlı açıqlamalar verəcəklər.
Baş Nazir çıxışı zamanı qəbul edilən yeni qərarları açıqlayacaq. Qəbul edilən qərarlar arasında ölkədə yenidən 1 aylıq karantin rejiminin tətbiq olunması əsas müzakirə mövzusudur.
Karantin rejiminin sərtləşdirilməsində əsas məqsəd artan yoluxma və ölümlərin qarşısını almaqdır.
Qeyd edək ki, Böyük Britaniyada 989 min 745 nəfər virusa yoluxub 46 min 229 nəfər isə həyatını itirib.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:37]
Çin kosmosa yeni astronavtlar göndərir
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]