DÜNYA
Böyük Britaniyanın Baş Naziri Leyboristlər partiyasının rəhbəri ilə görüşüb
London, 24 oktyabr, AZƏRTAC
Böyük Britaniyanın Baş Naziri Boris Conson müxalif Leyboristlər partiyasının rəhbəri Ceremi Korbin ilə görüşüb.
Görüş parlamentin Brexit müqaviləsinin səsverməyə qoyulması təklifini rədd etməsindən sonra baş tutub.
Baş Nazir və partiya rəhbəri arasında əsas müzakirə mövzusu Brexit olub. Ceremi Korbin Boris Consondan yeni hazırlanan Brexit müqaviləsi əsasında qrafik tərtib etməyi və lazım olduqda Leyboristlər partiyasının erkən seçkilər keçirilməsini dəstəkləyəcəyini deyib. Əgər Leyboristlər partiyası Baş Nazirin təklifinin lehinə səs verərsə, bu zaman erkən seçkilərin keçirilməsi reallaşa bilər.
Xatırladaq ki, Baş Nazir Boris Conson Avropa İttifaqına Brexitin yanvarın 31-dək təxirə salınması üçün məktub yazıb.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:37]
Çin kosmosa yeni astronavtlar göndərir
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]