İQTİSADİYYAT
Böyük Britaniyanın “worldcement.com” saytında Azərbaycanda sənayenin inkişafından bəhs edən məqalə yerləşdirilmişdir
London, 14 fevral (AZƏRTAC). Böyük Britaniyanın “worldcement.com” internet resursunda Azərbaycanda sənayenin inkişafından bəhs edən məqalə yerləşdirilmişdir.
Məqalədə 2014-cü ilin Prezident İlham Əliyevin Sərəncamı ilə “Sənaye ili” elan edildiyi bildirilmiş, ölkəmizdə qeyri-neft sektorunun gücləndirilməsi və sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramından bəhs olunmuşdur.
Yazıda, həmçinin “Akkord” korporasiyasının “Sənaye ili” çərçivəsində qeyri-neft sənayesinin şaxələndirilməsinə verdiyi töhfələrə toxunulmuş, Qazax Sement Zavodunun fəaliyyəti haqqında məlumat verilmişdir.
Məqalənin tam mətnini aşağıdakı linkdən əldə etmək olar:
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London