DÜNYA


Britaniya Belarusdan silah, polad və dəmir ixracına qadağa qoyub

Bakı, 5 iyul, AZƏRTAC

Böyük Britaniya Belarusa qarşı sanksiyaların siyahısına yeni məhdudiyyətlər əlavə edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Krallıq hökumətinin saytında idxalçılar üçün dərc olunun izahatda bildirilib. Sənədə əsasən, Britaniyaya Belarusdan silah, polad və dəmir idxalına qadağa qoyulub, həmçinin kalium gübrələri ilə bağlı məhdudiyyətlər genişləndirilib.

“Belarusdan idxala qoyulan yeni sanksiyalar 2022-ci il iyulun 5-də daha geniş ticarət sanksiyaları paketi ilə birlikdə qüvvəyə minib. Buraya silah və onunla əlaqəli olan materiallar, dəmir və polad, kalium gübrələrinə və faydalı qazıntılara genişləndirilmiş məhdudiyyətlər daxildir”, - sənəddə belə deyilir.

Britaniya XİN bu ərəfədə bildirib ki, sanksiyaların gücləndirilməsinə səbəb RF-in Ukraynada apardığı hərbi əməliyyatlara Minsk tərəfindən fəal dəstək verilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.