ELM VƏ TƏHSİL


Bu gün 14 nəfər TOEFL iBT imtahanı verib

Bakı, 8 noyabr, AZƏRTAC 

Bu gün Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan mərkəzin Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

İmtahanda 14 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılan şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Xatırladaq ki, hazırda Azərbaycanda pandemiya şəraitində imtahan keçirilməsinə icazə verilən yeganə TOEFL iBT Test Mərkəzi Dövlət İmtahan Mərkəzidir.

Növbəti TOEFL iBT imtahanının noyabrın 11-də keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.