Bu gün Bakının 550 küçəsi yuyulub
AzerTAg.az
Bakı, 18 mart, AZƏRTAC
Yaz mövsümünün gəlişi ilə əlaqədar martın 18-də paytaxtda təmizlik və abadlıq məqsədilə daxili iməcilik keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhər saatlarından etibarən BŞİH-nin kommunal təsərrüfat xidmətinin texnikası ilə şəhərin 550 əsas küçə və prospekti yuyulub. Eyni zamanda, genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib. Daxili iməcilikdə Bakı Şəhər İcra Hakimiyyətinin strukturları ilə yanaşı, müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar, özəl sektorun nümayəndələri, şəhər sakinləri də yaxından iştirak ediblər.
Paytaxtın bütün rayonlarını əhatə edən belə iməciliklər mütəmadi olaraq davam etdiriləcək.










Xəbərin mətnində orfoqrafik səhv var