CƏMİYYƏT


Bu il 142-Çağrı mərkəzi tərəfindən 147,5 min müraciət cavablandırılıb

Bakı, 5 dekabr, AZƏRTAC

2018-ci ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-Çağrı mərkəzinə vətəndaşlar tərəfindən 147 min 484 müraciət daxil olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşlar əsasən sosial təminat növləri, tibbi-sosial reabilitasiya, aktiv məşğulluq tədbirlərinə, özünüməşğulluq proqramına cəlb olunma, əmək qanunvericiliyinə əməl olunması, pensiya təyinatı, elektron xidmətlərdən istifadə və s. məsələlərlə bağlı müraciət ediblər.

Ümumi müraciətlərin 95,5 faizi və ya 12 min 218-i sorğu xarakterli olub və sorğuların hər biri ilə bağlı vətəndaşlara hüquqi izahatlar verilib.

Digər müraciətlərdə əksini tapan məsələlər isə nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Görülən tədbirlər barədə də vətəndaşlara məlumatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.