İQTİSADİYYAT


Bu il Bakıya əlavə 300 yeni müasir avtobus gətiriləcək

Bakı, 10 oktyabr, AZƏRTAC

Bu il Bakıya əlavə 300 yeni müasir avtobus gətiriləcək.

AZƏRTAC xəbər verir ki, bu məlumatı Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib. Prezident deyib: “Şəhər nəqliyyatı sahəsində də irəliləyiş var. Biz şəhər nəqliyyatının təkmilləşdirilməsi işində islahatlar aparırıq, həm yol-nəqliyyat hərəkətinin tənzimlənməsi, eyni zamanda, yeni yolların açılması, nəqliyyat vasitələrinin alınması istiqamətində. Bu il şəhərimizə əlavə 300 yeni müasir avtobus gətiriləcək. Mən göstəriş vermişəm, gələn il də, minimum 300, əgər maliyyə imkanımız olsa, 500 yeni avtobus gətirilməlidir. Dövlət bu sahədə öz liderliyini göstərməlidir”.

Son vaxtlar baş vermiş qəzaları çox böyük faciə adlandıran ölkə başçısı buna son qoymaq üçün müvafiq qurumlara çox ciddi təftişin aparmaq, avtobusları idarə edən şirkətləri çox ciddi nəzarətə götürməyi tapşırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.