REGİONLAR
Bu il Goranboy rayonunun bir neçə kəndinə təbii qaz veriləcək
Goranboy, 23 aprel, Rauf Hacıyev, AZƏRTAC
Respublikanın bütün yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı Prezident İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq Goranboy rayonunda da bu istiqamətdə işlər davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, artıq rayonun 150 abonentlik Yəhərçi Qazaxlar və 133 abonentlik Goranlı kəndlərinə təbii qazın verilməsi üçün görüləcək işlər yekunlaşmaq üzrədir. Bu il, həmçinin rayonun 65 abonentlik Həmənli kəndinə də təbii qaz xətti çəkiləcək.
Qeyd edilib ki, 89 yaşayış məntəqəsi və 101 mindən artıq əhalisi olan Goranboy rayonu üzrə qazlaşdırma hazırda 95 faiz təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [13:05]
Naxçıvanda iki gənc göldə boğulub
- 09.05.2024 [23:02]
Neftçalada yol qəzası olub, xəsarət alanlar var
- 09.05.2024 [20:44]
Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib
- 09.05.2024 [19:21]