DÜNYA
Budapeşt miqrasiyanı hələ də bir nömrəli problem hesab edir
Budapeşt, 12 yanvar, AZƏRTAC
Miqrasiya Avropa Parlamentinə seçkilərdə əsas məsələ olmaqla yanaşı, bütün Avropa siyasətini mühüm şəkildə dəyişdirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban yeni ildə keçirdiyi ilk mətbuat konfransında bəyan edib. Onun fikrincə, may ayında Avropa Parlamentinə keçiriləcək seçkilərdə əsas mübarizə kütləvi miqrasiya problemləri ətrafında aparılacaq. O, immiqrasiya əleyhinə siyasət aparmağa hazır olan Budapeşt, Varşava və Roma alyansının yaradılmasından məmnunluğunu ifadə edib. V.Orban, həmçinin ümidvar olduğunu bildirib ki, may səsverməsinin gedişində yerlərin əksəriyyəti bu sistemin əleyhinə olan partiyaların payına düşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:37]
Çin kosmosa yeni astronavtlar göndərir
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]