Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Bulla-dəniz” yatağında yeni dəniz özülü istismara verilib

Bakı, 24 dekabr, AZƏRTAC

Dekabrın 24-də “Bulla-dəniz” yatağında SOCAR-ın “Neftqaztikinti” Tresti tərəfindən inşa edilmiş yeni 12 nömrəli stasionar dəniz özülü SOCAR-ın prezidenti Rövnəq Abdullayev və digər rəhbər şəxslərin iştirakı ilə istismara verilib.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, inşasına 2017-ci ildə şirkətin daxili imkanları ilə başlanılmış özül “Neftqazeİlmitədqiqatlayihə” İnstitutu tərəfindən layihələndirilib, tikinti işləri “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilib. Bir ədəd axtarış və 4 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 30 metr dərinliyində quraşdırılıb. Dəniz səviyyəsindən özülün döşəməsinədək olan məsafə isə 12 metrdir.

Özüldə qazılacaq quyuların orta dərinliyi 6 min 300 metr təşkil edəcək. Bu dərinlikdə qazma işləri yüksək təzyiq şəraitində həyata keçirilir və texnoloji cəhətdən mürəkkəb layihə hesab olunur. Yüksək texnoloji standartların tətbiq olunması nəticəsində SOCAR artıq analoji quyularda uğurlu nəticələr əldə edib və mövcud təcrübədən burada da istifadə edəcək. Özüldən qazılacaq quyular üzrə ümumilikdə gündəlik 2,5 milyon kubmetr qaz, 500 ton kondensat hasil ediləcəyi nəzərdə tutulur. Qazma işlərini yerinə yetirmək üçün müasir standartlara cavab verən, qazma qülləsinin hündürlüyü 46,6 metr olan “ZJ -70DBS” qurğusu quraşdırılıb. Bu qurğu vasitəsilə rotor səviyyəsindən 7000 metrədək dərinliyə qazmaq mümkündür. Özüldə qazma işləri ilə istismarın, eyni zamanda, aparılması nəzərdə tutulub. İstismar işləri “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına neft və qazçıxarma idarəsi (NQÇİ) tərəfindən həyata keçiriləcək.

R.Abdullayev deyib: “Prezident İlham Əliyevin tapşırıqlarını rəhbər tutaraq, SOCAR son 15 ildə yerli neft şirkətindən nəhəng beynəlxalq şirkətlər qrupuna çevrilib, bu gün Azərbaycanın qlobal brendi kimi ölkəmizə dəyər və gəlir qazandırır. Azərbaycanda və digər ölkələrdə inşa etdiyimiz yeni nəhəng sənaye komplekslərinin xammal ilə təchizatını davamlı şəkildə həyata keçirmək, ən əsası Azərbaycan xalqının yanacaq və neft-kimya məhsullarına olan tələbatını təmin etmək üçün kəşfiyyat və hasilat kimi ənənəvi fəaliyyət sahələrimizə kapital qoyuluşlarımız vaxtında icra olunur. Bu ilin 11 ayında Azərbaycan neftçilərinin əzmi və fədakar əməyi sayəsində SOCAR üzrə hasilat səviyyəsini ciddi artırmağa nail olmuşuq. “Bulla-dəniz-12” kimi müasir texnologiyalar əsasında inşa edilən yeni platformalar uğurlarımızın davamlılığını təmin edəcək. Bu cür yüksək mühəndislik və texnoloji tələblərə cavab verən platformaların artıq SOCAR-ın öz imkanları ilə tikilməsi və quraşdırılması bizim üçün qürur mənbəyidir və SOCAR-ın bu gün bütün sahələrdə artıq müasir qlobal şirkət kimi formalaşdığından xəbər verir”.

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib: “Biz Azərbaycan neftçiləri üçün çox əlamətdar olan bir gündə burada toplanmışıq. Bu gün Möhtərəm prezidentimizin, neftçilərin dostu, uzun müddət bizimlə çiyin-çiyinə çalışan İlham Əliyev cənablarının doğum günüdür. Bu əziz gündə Dövlət Neft Şirkəti dənizdə, “Bulla-dəniz” yatağında yeni və yüksək texnologiya ilə təchiz olunmuş 12-ci özülü istismara buraxdı. Belə bir müasir dəniz özülünün Azərbaycan neftçiləri tərəfindən sırf öz imkanlarımızla tikilməsi və quraşdırılması keçmişdə bizə qeyri-mümkün görünürdüsə, bu gün bu artıq reallıqdır. Bu cənab Prezidentimizin xeyir duası ilə və bizə olan dəstəyi, inamı ilə reallaşan mühüm layihələrdən biridir. Azərbaycan neftçilərinin məhz bu əlamətdar gündə, ölkə başçımızın ad günündə ona və Azərbaycan xalqına təqdim etdiyi hədiyyədir”.

Qeyd edək ki, yeni özüldə ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə üzrə qabaqlayıcı tədbirlər ən yüksək norma və tələblər səviyyəsində yerinə yetirilib. İstehsalat sahəsi 4, yaşayış hissəsi isə 1 dayaq blokundan ibarətdir. Özüldə 1 ədəd vertolyot, 4 ədəd gəmi yanalma və 4 ədəd minib-düşmə meydançası, işçi personalının rahat və təhlükəsiz yaşaması üçün 36 nəfərlik yaşayış bloku quraşdırılıb.

“Bulla-dəniz” yatağı Bakı arxipelaqının şimal hissəsində, Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə Zirə adası yatağından cənub-şərqdə 10 kilometr məsafədə yerləşir. Struktur 1957-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib və dərin kəşfiyyat qazmasına 1965-ci ildə başlanıb. Lakin mürəkkəb geoloji şəraitlə əlaqədar ilk 17 quyu qazılıb başa çatdırılmayıb. Yatağın neftlilik-qazlılığı 1973-cü ildə qazılmış 18 nömrəli quyu vasitəsilə aşkar edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mikrobiologiya İnstitutunda Ulu Öndərə həsr edilmiş tədbir keçirilib

Azərbaycan sambo millisi 8 ildən sonra Avropa çempionatında qızıl medal qazanıb

Teymur Rəcəbov beynəlxalq turnirə qatılacaq

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNƏCƏK

Xaçmaz və Qubanın gilas bağlarında bu il məhsuldarlığın aşağı olacağı gözlənilir

Qaxda keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin xalq qarşısındakı xidmətlərindən danışılıb

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi İstanbulda ehtiramla anılıb

Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub, birinci tunelin açılışında iştirak edib  YENİLƏNİB

Baş Prokurorluğun futbol komandası Ulu Öndərin xatirəsinə həsr olunmuş turnirdə Fair-Play mükafatına layiq görülüb

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş YENİLƏNƏCƏK

İki nəfərin göldə boğularaq ölməsi ilə əlaqədar Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə Taxtakörpü qəsəbəsində ağacəkmə aksiyası keçirilib

Amerikalı mütəxəssisin AzMİU-da sərgisi açılıb

Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş ağacəkmə aksiyası keçirilib

Dörd ayda DSMF-nin xərcləri 267 milyon manat artaraq 2 milyard 271 milyon manat təşkil edib

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO

Dövlət Xidmətində bir qrup şəxsə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” medalı təqdim edilib

Prezident İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib YENİLƏNİB

Çinin Şaansi vilayətinin nümayəndə heyəti Sumqayıtda səfərdə olub

“Qafqazdan dünyaya doğan günəş” - tədbir

Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Qazaxıstanlı nazir: Bakı, Astana və Daşkənd energetika sistemlərinin inteqrasiyası layihəsi üzərində iş aparır

BDU tələbələrinin “MDB-nin ən yaxşı tədqiqatçıları - 2024” müsabiqəsində uğuru

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNƏCƏK

Sadır Japarov: Qırğızıstandan gizli yolla qızıl çıxarılması barədə video saxtadır

Ümummilli Lider Heydər Əliyevin ideyaları daim yaşayacaq

Mədəniyyət Nazirliyinin kollektivi Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini ehtiramla anıb

Müdafiə Sənayesi Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub YENİLƏNƏCƏK

AZAL-ın kollektivi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib

Şərqşünas alim Ankarada keçirilən simpoziumda məruzə edib

Ankaradakı Heydər Əliyev adına məktəbdə Ulu Öndərin xatirəsinə konsert proqramı təşkil olunub

Fidan Hacıyeva: İkinci Beynəlxalq Opera Festivalı da olacaq!

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNƏCƏK

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNƏCƏK

Bərdə rayon sakinini öldürməyə cəhd faktı ilə bağlı cinayət işi başlanılıb

Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb

BP-də çalışan azərbaycanlı işçilərin sayı artıb

Pekində Ulu Öndərin fikirləri əsasında hazırlanmış “Xalq öz dili ilə yaranır” adlı Azərbaycan dili dərsliyinin təqdimatı olub

ƏƏSMN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıb

Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər

“Böyük Dəbilqə”: Azərbaycanın 4 cüdoçusu medal görüşünə çıxacaq

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

BƏƏ mediası Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş məqalə dərc edib

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb

Sabunçu rayonunda aşkarlanan narkoplantasiyada 1500 ədəd çətənə kolu götürülüb VİDEO

Müstəqilliyimizi əbədi və dönməz edən Ulu Öndər

MEK Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş sərgi təqdim edir

Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib

Ukrayna F-16 qırıcısı üçün ilk uçuş simulyatorunu alıb

Türk dillərinin qrammatikası üzrə əməkdaşlıq haqqında protokol imzalanıb

Azərbaycanda COP29-a töhfə vermək məqsədilə genişmiqyaslı ağacəkmə aksiyası və fləş-mob keçirilib

Budapeşt və Pekin beynəlxalq mübahisələrin sülh yolu ilə həllinin tərəfdarıdır

Maşın təlimi alqoritmlərinin müqayisəli təhlili aparılıb

ÇXR XİN: Bayden Çin mallarına yeni rüsumlar planlaşdırmaqla Trampın səhvini təkrarlayır

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində seminar keçirib

Milli Məclisin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Akademik İsa Həbibbəyli Türk Dil Qurumunun rəhbəri professor Osman Mert ilə görüşüb

Səfir: Hazırda türk birliyinə gedən yolda əmin addımlarla irəliləyirik

Məzahir Pənahov: Parlament seçkiləri ilə bağlı fəaliyyətimizi artıq həyata keçiririk

İlin ən yaxşı baş məşqçisi, futbolçusu və komandası adına namizədlər açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsi AzMİU-da anılıb

Baş Prokurorluq Mehman Xəlilovun təqsirləndirildiyi cinayət işi üzrə mediada yayılan məlumatlara münasibət bildirib

XRİTDX Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünü qeyd edib

Ceyhun Bayramov: COP29 əməkdaşlıq üçün yeni platformadır

Nigeriyada naməlum silahlılar tələbələri girov götürüblər

DİN-in əməkdaşları Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini böyük ehtiramla anıblar

ETSN-in mətbuat katibi: Sabahdan “Təmiz ölkəm” şüarı ilə maarifləndirici təmizlik aksiyalarına başlanılır

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri azalıb

Şotlandiyanın yeni birinci naziri: Beş il ərzində Şotlandiya müstəqil ola bilər

Cənubi Qafqaz Boru Kəmərinə bu il çəkilən xərclərin həcmi açıqlanıb

Bakıda qızıl medal qazanan koreyalı atıcı yeni dünya rekorduna imza atıb

Andrey Kovalenko: Rusiyanın Ukraynanın Xarkov şəhərinə hücumu üçün resursları yetərli deyil

QDİƏT PA Baş Assambleyasının 63-cü plenar iclası Tirana şəhərində keçiriləcək

Səngəçal terminalından ixrac edilən neft və kondensatın hamısı BTC vasitəsilə nəql edilib

Cahit Bağcı: Türk şirkətləri Qarabağda aparılan bərpa-quruculuq işlərində fəal iştirak edirlər VİDEO

Kino Agentliyinin Apellyasiya Komissiyası film layihələri ilə bağlı yekun nəticələri elan edib

Naxçıvanda “Bookfest” festivalında 900 çeşiddə 70 minə yaxın kitab və digər nümunələr sərgilənir

Britaniya gəmisi Ədən körfəzində hücuma məruz qalıb

BTC vasitəsilə 568 milyon ton xam neft nəql edilib

Arif Əsədov: “Şamaxı”nın Premyer Liqaya vəsiqə qazanmaması uğursuzluq olar

Britaniya iqtisadiyyatında geriləmə dayanıb

Tbilisidə və Rustavidə xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunub

Prokurorluğun rəhbər heyəti və əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər

Ukraynada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uinston Çörçilin təsvir olunduğu rəsm əsəri hərraca çıxarılıb

Bakıdakı Rus evi 9 May - Qələbə Gününə həsr olunmuş konsert təşkil edib

“Şahdəniz” yatağından 7 milyard kubmetr qaz hasil edilib

AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib

Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinin xaricdə təhsil almasında mühüm rol oynayıb

® Sabunçu rayonunda könüllü qanvermə aksiyası keçirilib

Tayvan sahillərində 5,7 bal gücündə zəlzələ olub

“AzerGold”un Müşahidə Şurasının növbəti iclası olub

Bu ilin birinci rübündə AÇG yatağından 31 milyon barel neft çıxarılıb

Professor: Heydər Əliyevin yüksək nitq mədəniyyəti xüsusi araşdırmaya layiq mühüm bir məsələdir

Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək

® İlk dəfə rekord sayda spiker “Caspian Investment Forum Prague 2024”də