SİYASƏT
ÇAĞIRIŞÇI GƏNCLƏR VƏTƏNƏ VƏ ALİ BAŞKOMANDANA SƏDAQƏT ANDI İÇDİLƏR
Mingəçevirin mərkəzi Səməd Vurğun meydanında çağırışçı gəncləri Milli Ordu sıralarına təntənəli yolasalma mərasimi olmuşdur.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, mərasimdə çıxış edənlər Vətənə hərbi xidmətin şərəf və məsuliyyətindən, ölkəmizdə ordu quruculuğuna göstərilən dövlət qayğısından danışmış, gənclərə uğurlu yol arzulamışlar. Çağırışçı gənclər Vətənə, Azərbaycan Prezidenti və Ali Baş Komandana sədaqət andı içmişlər.
Şən musiqi sədaları altında al-əlvan bəzədilmiş avtobuslar Biləcəri toplanış məntəqəsinə yola düşmüşdür.