DÜNYA


Çexiyada alternativ energetikaya sərmayə qoyuluşu artır

Praqa, 9 oktyabr, AZƏRTAC

Çexiyalı sahibkar Daniel Krjetinskinin transmilli energetika və sənaye holdinqi (EPH) son iki ildə bərpaolunan enerji mənbələrinə 18 milyard krondan (703 milyon avro) çox sərmayə qoyub.

AZƏRTAC Holdinqin rəhbərliyinə istinadla xəbər verir ki, İtaliya, Böyük Britaniya və Almaniyadakı EPH-nin yeganə və ya şərikli sahib olduğu elektrik stansiyaları atmosferə zərərli emissiyalar tullantılarını 19 faiz azaltmağa nail olub. Bu, kombinə edilmiş üsulla elektrik enerjisi və istilik istehsalının 38 faizə çatdırılması fonunda baş verib.

Energetika və sənaye holdinqi hazırda kömürlə işləyən elektrik stansiyalarında enerji istehsalının tədricən azaldılması proqramını həyata keçirir. Bununla əlaqədar, buxar-qaz emissiyalarının aşağı olduğu və bioloji kütlədən istifadə edilən mənbələrə üstünlük verilir.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.