DÜNYA
Çin kosmosa 5 nanopeyk buraxıb VİDEO
Bakı, 19 sentyabr, AZƏRTAC
Çin özünün “Çjuhay-1” orbital sistemini formalaşdırmaq məqsədilə kosmosa məsafədən zondlamanı həyata keçirən beş nanopeyk göndərib. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “The Paper” portalı məlumat yayıb.
Portalın məlumatında bildirilir ki, nanopeyklərin buraxılışı “Çançjen-11” raketdaşıyıcısı ilə ölkənin şimal-qərb əyaləti Qansuda yerləşən Tszyutsyuan kosmodromundan həyata keçirilib.
Çinin kosmos mütəxəssislərinin planına görə, “Çjuhay-1” orbital sistemi 34 peykdən ibarət olmalıdır. Onların arasında hiperspektral, radar və infraqırmızı, habelə xüsusi videokamera olan və yüksək optik imkanlara malik aparatlar var.
Məlumatda qeyd olunur ki, bu buraxılış “Çançjen” raketdaşıyıcısının 311-ci startıdır. Onun sayəsində “Çjuhay-1” orbital sistemində artıq 12 peyk mövcuddur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]
Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək
- 26.04.2024 [11:47]
Ayın üzərində ilk reklam yerləşdirilib
- 26.04.2024 [11:15]
Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir
- 26.04.2024 [11:10]