DÜNYA
Çin səfiri ölkəsinin koronavirusa tezliklə qalib gələcəyinə əmindir
Moskva, 24 fevral, AZƏRTAC
Çinin Rusiyadakı səfiri Çjan Xanxuey ölkəsinin koronavirusa tezliklə qalib gələcəyinə və Çinin əksər regionlarında normal həyatın fevralın sonunadək bərpa olunacağına əmindir.
AZƏRTAC xəbər verir ki, səfirin sözlərinə görə, epidemiyanın mərkəzi olan Uxanda isə insanlar normal həyata mart ayında qayıda biləcəklər. O, jurnalistlərə müsahibəsində bildirib ki, Çində orqanizmdə əvvəlcədən immunitet formalaşdıran peyvənd üzərində iş başa çatır. Peyvəndin ilkin sınaqları yaxşı nəticələr verib.
Diplomatın sözlərinə görə, Çin təbabəti koronavirusun müalicəsinə 85 faiz nail ola bilib. Hazırda Çində hər gün 2 min xəstə sağalaraq adi həyata qayıdır. Ötən dövr ərzində Çində koronavirusdan 2595 adam ölüb, 24 min 539 xəstə isə sağalıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]
Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək
- 26.04.2024 [11:47]
Ayın üzərində ilk reklam yerləşdirilib
- 26.04.2024 [11:15]
Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir
- 26.04.2024 [11:10]