DÜNYA


Çində havanın kəskin soyuması səbəbindən narıncı təhlükə səviyyəsi yenilənib VİDEO

Çində havanın kəskin soyuması səbəbindən narıncı təhlükə səviyyəsi yenilənib VİDEO

Bakı, 29 noyabr, AZƏRTAC

Çinin Mərkəzi Meteorologiya Xidməti havanın kəskin soyuması və güclü külək səbəbindən ölkənin əksər regionlarında narıncı təhlükə səviyyəsini yeniləyib.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, noyabrın 29-dan dekabrın 1-dək Çinin şimal və şimal-şərq bölgələrində temperaturun mənfi 8-16 dərəcəyə enməsi gözlənilir. Pekində termometrlər mənfi 11 dərəcəni göstərəcək. Bəzi rayonlarda isə havanın temperaturu mənfi 16-20 dərəcəyədək aşağı düşəcək. Həmçinin ölkənin cənub və şərq rayonlarında güclü külək əsəcəyi proqnozlaşdırılır.

Meteoroloqlar havaların kəskin soyumasının kənd təsərrüfatında mənfi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Hakimiyyət orqanları isə əhalini ehtiyat tədbirləri görməyə çağırıb.

Çində təbii fəlakətlər üçün mavi, sarı, narıncı və qırmızı olmaqla, dörd mərhələli ictimai xəbərdarlıq sistemi mövcuddur.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.